Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:12

Prezidentlər görüşə razılıq verib


Serzh Sarkisian (solda) və İlham Əliyev. İsveçrə. Bern, 19Dek2015

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) bölgəyə səfərlərinin yekununa dair bəyanatla çıxış edib.

Sənəddə bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistana səfərlərində prezidentlərin görüşünə hazırlığı müzakirə ediblər.

Onlar Azərbaycan və Ermənistan prezidentləri ilə gələcək yüksək səviyyəli görüşdə müzakirə oluna biləcək məsələlər barədə fikir mübadiləsi aparıblar.

Buna da bax:​ XİN: “Azərbaycan növbəti görüşə razılıq verib”

"Hər iki prezident münaqişənin sülh yolu ilə həllindən ötrü danışıqlar prosesində yenidən iştirak etməyə hazır olduğunu bildirib", – bəyanatda bildirilir.

Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşü ilə bağlı məlumatı tərəflər yaxın vaxtlarda açıqlayacaq.

Dünən, oktyabrın 7-si prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini (Fransa), İqor Popovu (Rusiya), Endrü Şeferi (ABŞ) və bu qurumun fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdi.

Buna da bax: Prezident həmsədrləri qəbul edib

İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. 7okt2017
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. 7okt2017

Verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Gələcək yüksək səviyyəli görüş haqqında söhbət aparılıb.

Oktyabrın 6-da həmsədrlər Ermənistana da səfər ediblər. Ona qədərsə amerikalı həmsədr Endrü Şeferi Dağlıq Qarabağda tanışlıq (O fəaliyyətə yenicə başlayıb) səfərində olub.

Buna da bax:​ Sarkisian ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG