Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:14

Azərbaycanda 'gömrük fəlsəfəsi' işləyirmi? [video]


Ağdaşda sürücü özünü niyə yandırdı? Polis də açıqlama yaydı
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Ağdaşda sürücü özünü niyə yandırdı? Polis də açıqlama yaydı [video]

Azərbaycanda rüsumlar hansı məntiqlə kəskin artırılır? Məqsəd nədir? Yerli istehsalı qorumaq, yoxsa, sadəcə, büdcəni doldurmaq?

Yanvarın 16-da Prezident Aparatının qarşısına toplaşan və gömrük rüsumun 3 dəfə artırılmasına etiraz edən işlənmiş şin alverçiləri çox çətin durumdadır.

Gömrük Komitəsindən isə sahibkarlara bildirmişdilər ki, bu, Nazirlər Kabinetinin qərarıdır və həmin qərarı nəzərə almaq üçün sahibkarlara vaxt verilmişdi.

Sahibkarlar Prezident Aparatının önündə [Aksiya]
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

ReAl-ın icra katibi, iqtisadi təhlilçi Natiq Cəfərli deyir ki, ümumilikdə gömrük sisteminin məqsədi daxili bazarı, yerli istehsalçıları qorumaq olmalıdır, amma məsələ burasındadır ki, Azərbaycanda təkər istehsal olunmur:

Buna da bax: Minik avtomobillərinə gömrük rüsumu artırılır

“Azərbaycanda istehsal olunmayan məhsullar üçün rüsumun qaldırılması gömrük fəlsəfəsinə ziddir, bazarın qorunmasına ziddir. Yeganə məqsəd büdcəyə əlavə vəsait cəlb etməkdir. Yəni, bunun başqa məntiqi izahı yoxdur. Çünki daxildə istehsal olunan gömrük rüsumlarının artırılmasını hardasa başa düşmək olardı. amma təkərlər ölkədə istehsal olunmur, yerli istehsalçı yoxdur”.

Azərbaycanın büdcəsinin gəlirləri 2014-cü ilin sonlarında neft ucuzlaşandan sonra azalmağa başlayıb, son vaxtlar hökumət bəzi cərimələri artırıb, dövlət müəssisələrini publik quruma çevirib.

Təkərdən başqa bu ildən, avtomobillərə, incəsənət əşyalarına, spirtli içkilərdə rüsum dərəcəsi artırılıb.

Buna da bax: Tikinti mallarına idxal rüsumu dəyişdirilir

Amma körpə qidalarının və kərə yağının rüsumu azaldılıb.

2016-cı ilin dekabrında isə quş əti idxalına tətbiq olunan rüsum artırılmışdı. O vaxt hökumət bunun yerli istehsalçılara kömək məqsədi daşıdığını demişdi. Rəsmi statistikaya görə, keçən il ərzində yerli quş əti istehsalı təqribən 3 faiz, yerli yumurta istehsalı beş faizə qədər artıb.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli deyir ki, hökumət istədiyi rüsumu bazara diktə edir, bu ona görə baş verir ki, Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Onun sözlərinə görə, əgər Azərbaycan bu quruma qəbul olunmuş olsaydı, yetərincə səbəb olmadan rüsumu artırması quruma üzv dövlətlərin etirazına səbəb ola bilərdi:

“Gürcüstan bu qurumun üzvüdür - hələ indi çoxlu sayda adam avtomobil şinlərini dəyişdirmək üçün Gürcüstana gedir. Gürcüstan artıq regionun sərfəli avtomobil bazarına çevrilib”.

Alıcıların bundan sonra Gürcüstana axışa biləcəyini bazarda sahibkarlar da deyir.

Buna da bax: Prezidentin kərə yağına ikinci diqqəti [video]

Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv üçün danışıqlara 21 il əvvəl başlayıb, tənqidçilər deyirlər ki, hökumət ticarətə nəzarəti beynəlxalq müstəviyə keçirməmək üçün təşkilata üzv olmağı ləngidir, hökumət bununla razılaşmır.

Gömrük Komitəsindən edilən şikayətlərdən biri də idxalda monopoliyadır. Hərçənd komitə bunu təkzib edir.

Biz Bakı sakinlərindən soruşmuşuq ki, hansı sahədə monopoliya var:

Təkər bazarında böhran: 'Nərd vururuq'
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG