1989-cu ilin yazında Gürcüstanın paytaxtında kütləvi mitinqlər başladı. Şəhərin mərkəzinə toplaşan 10 minlərlə adam Abxaziyada separatçıların toplantısına etiraz, Gürcüstanın Moskvadan siyasi asılığına son qoymağı tələb edirdilər. Aprelin 9-da kecən gecə Sovet rəhbərliyi mitinqi dağıtmaq dinc sakinlərə qarşı əsgəri qüvvə tətbiq etdi. Nətivcədə 19 nəfər həlak oldu (1 nəfər hadisələrin ertəsi günü sovet əsgərlərinin gülləsindən öldürüldü) onlarla adam yaralandı. 9 aprel hadisələri SSRİ-də yeni yaranan demokratik ictimaiyyətin kəskin etirazlarına səbəb oldu.
Gürcüstanın "20Yanvarı"
1
Hadisələrdən əvvəl bir qrup gənc Gürcüstanın müstəqilliyi tələbi ilə aclıq aksiyasına başlamışdılar
2
Aprelin əvvələrində Gürcüstandakı antikommunizm etirazları güclənərək Parlament qarşısında aramsız mitinqlərə qədər böyüdü.
5
Tbilisi. 9 aprel 1989. Əməliyyat başa çatıb. Gürcüstan parlamentinin qarşısında sovet BMP-ləri keşik çəkir. Arxa planda isə bir necə saat əvvəl baş verən faciənin izləri hələ də görünməkədir.
9
Sovet hərbi maşını Tbilsini nəzarətdə saxlamağa can atır. Aprelin 9-da bu bu qoşunlar hələ ancaq qazlardan və bellərdən istifadə edirdi. Bakıda 20 yanvar qırğını ərəfəsində belə bir fikir səslənirdi ki, Tbilisidən sonra Moskva öz vətəndaşlarına qarşı zor tətbiq etməz. Lakin yanılırdılar, 10 aydan sonra Sovet əsgərlərinin dinc sakinlərə qarşı odlu silahları da işə düşdü,