Keçid linkləri

2025, 10 Fevral, Bazar ertəsi, Bakı vaxtı 20:34

Cəzaçəkmə müəssisənin mənfi rəyinə görə cəbhəçi həbsdə qaldı


Gənc fəal Elvin Abdullazadə
Gənc fəal Elvin Abdullazadə

Sentyabrın 22-si Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Elvin Abdullazadənin şikayətinə baxılıb.

Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə gənc fəalın cəzasının çəkilməmiş hissəsindən azad edilməsi istənilirdi.

Elvin Abdullazadə Azərbaycan Pedaqoji Universitetinin tələbəsi olub.

Gəncin vəkili Fəxrəddin Mehdiyev Azadlıq Radiosuna bildirib ki, Qaradağ Rayon Məhkəməsi iclası E. Abdullayevin saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsində keçirib. Prosesdə müdafiə tərəfinin istəyi təmin edilməyib. Vəkil bu qərardan apelyasiya şikayəti verəcəyini söyləyib.

Buna da bax:​ Cəbhəçi gəncin vaxtından əvvəl azad edilməsi istənilir

Elvin Abdullazadə Azərbaycan Pedaqoji Universitetinin tələbəsi olub.

2015-ci il yanvarın 8-də imtahandan çıxarkən saxlanıb.

Elvin Abdullayev CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunub.

O, 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il həbs cəzası alıb.

2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il həbs cəzası alıb.

Gənc cəbhəçi məhkəmədə ittihamı qəbul etmir və həbsini siyasi sifariş sayırdı.

Məsələyə Ali Məhkəmə instansiyanda baxılanda onun ittiham olunduğu maddə dəyişdirilib. O, CM-nin 234.1-ci maddəsi (şəxsi məqsədlə narkotik istifadəsi) ilə ittiham edilib.

Buna da bax:​ Elvin Abdullazadə: «Diktaturanın heç bir zülmü məni qorxutmur»

Nəticədə gənc cəbhəçinin cəza müddəti 6 ildən 2,6 aya endirilib. Həbs müddəti dəyişdirildiyindən sonra E. Abdullayev 6 saylı Cəzaçəkmə Müəssisəsindən 14 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib.

Vəkil deyir ki, bu maddə ilə cəzanın çox hissəsini çəkən şəxsi vaxtından əvvəl azad etmək mümkündür: “2 il 6 aylıq cəzanın yarısı 1 il 3 ay edir. Bundan sonra məhbus azad ola bilər. Elvin isə artıq 1 il 8 aydır ki, cəza çəkir. Amma 14 saylı Cəzaçəkmə Müəssisənin rəhbəri E. Abdullayev barədə mənfi mülahizə verdiyi üçün bundan imtina edildi”.

XS
SM
MD
LG