Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:27

Cəbhəçi gəncin vaxtından əvvəl azad edilməsi istənilir


Elvin Abdullazadə

Elvin Abdullazadə

AXCP Gənclər Komitəsinin həbsdəki üzvü Elvin Abdullazadənin vaxtından əvvəl azadlığa buraxılması istənilir.

Bu haqda gəncin vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkilin bildirdiyinə görə, bununla bağlı Qaradağ rayon Məhkəməsinə müraciət olunub: «Ali Məhkəmə Elvin Abdullazadənin ittiham olunduğu maddəni dəyişdirərək cəzasını azaldıb. O, hazırda Qaradağ rayonu ərazisindəki 14 saylı Cəzaçəkmə Müəssisəsindədir. Cəzasının qanunda tələb olunan hissəsini çəkdiyinə görə onun vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət etmişik».

Elvin Abdullazadə 2015-ci il yanvarın 8-də təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Universitetində imtahandan çıxıb evə gələrkən həbs olunub. İttihama görə, onun üzərindən 3 qram heroin tapılıb.

Gənc fəal Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də hökmün qüvvədə saxlanılması barədə qərar verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG