Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:13

Ermənistan Qarabağda ölən hərbçi ailələrinə müavinət verir


Foto arxiv
Foto arxiv

-

Ermənistanın Müdafiə Mazirliyi bu aykı hərbi əməliyyatlarda həlak olan hərbçilərin ailələrinə veriləcək aylıq müavinətin məbləğini açıqlayıb.

“PanArmenian” saytının aprelin 18-də yaydığı məlumata görə, həlak olan və 2 ayzyaşlı uşağı olan zabitin ailəsi aylıq 250 min (təxminən 500 dollar), müqavilə ilə xidmət edən hərbçinin ailəsi isə 200 min dram alacaq.

Qeyd edək ki, 1 dollar təxminən 500 dramdır.

Həddi-buluğa çatmayanlar bu məbləği 18 yaşınadək, valideyinləri və ya həyat yoldaşının əlillik dərəcəsi olanlar isə ömürlük alacaq.

Həlak olmuş sıravi əsgərlərin valideynləri pensiya yaşına çatanda əlavə 31 min, pensiyaçı ailələr isə 30 dram alacaq.

Amma xəsarət alan və əlilliyi olmayanlara pul vəsaiti verilməyəcək. Onlara yalnız pulsuz tibbi xidmət göstəriləcək.

1-ci dərəcəli əlil zabitə 55 , 2-ci dərəcəli əlilə 50, 3-cü dərəcəli əlilə isə aylıq 36 min daram veriləcək.

Bundan başqa birdəfəlik 55,48 və 36 min kompensasiya nəzərdə tutulur.

___________________________________________________________

Bunlara da bax:
Nobel mükafatçısından Xədicə İsmayıl üçün imza
"Niyə başqa NİDA-çıları buraxırlar, onu yox?"

___________________________________________________________

Euni dərəcədə əlil olan sıravi əlillər isə aylıq 36, 26 və 18 min dram alacaq.

Bundan başqa 55,48 və 36 min dfram birdəfəlik yardım nəzərdə tutulur.

Könüllülərə veriləcək məbləğ isə aprelin 20-də müəyyən ediləcək.

Ermənistan Müdafiə Nazirliyi aprelin 2-dən bəri 100-cən itki verdiyini açıqlayıb.

Azərbaycanın Sosial Müdafiə Nazirliyi də Qarabağda həlak olan hərbçilərin ailələrinə prezidentin göstərişi ilə yardım ediləcəyini bildirmişdi, amma, hələ ki, məbləğ açıqlanmayıb.

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun 18 aprel Radio proqramında

Rusiyalı politoloq Sergey Markov Bakıda proqnoz verib ki, bu dəfə Qarabağ danışıqları uzanmayacaq
5 işçisi olan Azərbaycan səfirliyi 2 min litr pivəni kimə sifariş verib?
BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun 18 aprel TV proqramında
Yeni xaricdə təhsil proqramı necə olsun?
Şəkər xəstəliyi ilə mübarizə üçün yeni cihaz ixtira olundu

Buna da bax: Füzulidə «can dərmanı» axtarışı

Füzulidə «can dərmanı» axtarışı
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

XS
SM
MD
LG