Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:28

Nobelçi yazardan Xədicə İsmayıla imza


Xədicə İsmayıl
Xədicə İsmayıl

►Svetlana Alekseyevich jurnalistin anası ilə görüşəcək

2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatının qalibi olmuş beloruslu yazar Svetlana Aleksandrovna Alekseyevich öz kitabını araşdırmaçı jurnalist, Azadlıq Radiosunun həbsdə olan əməkdaşı Xədicə İsmayıl üçün imzalayıb.

Nobel ödüllü yazar UNESCO-nun mayın 3-də Helsinkidə keçiriləcək törənində Xədicə İsmayılın anası ilə görüşəcəyini bildirib.

Nobel laureatı Svetlana Aleksandrovna Aleksieviç 1948-ci il mayın 31-də doğulub. Əvvəllər jurnalist kimi fəaliyyət göstərib. 2000-ci ildə ölkəsində ona qarşı cinayət işi açıldığından Belarusiyanı tərk edərək İtaliya, Fransa və Almaniyada yaşayıb. On illik mühacir həyatından sonra yenidən vətəninə geri dönüb.

O, Nobel mükafatına "Polifonik yaradıcılığı - zəmanəmizdə iztirab və cəsarətə abidə qoyduğu üçün" sahib olub.

Svetlana Alexievich
Svetlana Alexievich

O, 2006-cı ildə ABŞ-ın Milli Tənqid, 2011-ci ildə Remark mükafatına layiq görülüb.

Xədicə İsmayıl isə 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin jurnalist ittihamları rədd edir və peşə fəaliyyətinə, xüsusən prezident və ailəsinin gizli biznesi haqda araşdırmalarına görə cəzalandırıldığını bildirir.

"Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatı Xədicə İsmayılı "vicdan məhbusu" elan edib.

Bundan qabaq tanınmış türk yazıçısı Elif Şafak da X.İsmayıl üçün kitabını imzalamış, məşhur "Çərpələng uçuran" romanının müəllifi, Amerika yazıçısı Xalid Hüseyni (Xədicə həmin kitabı Azərbaycan dilinə çevirib), Nobel mükafatı laureatı, iranlı hüquq müdafiəçisi Şirin İbadi Azərbaycan hökumətini onu azadlığa buraxmağa çağırmışdılar.

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun 18 aprel Radio proqramında

Rusiyalı politoloq Sergey Markov Bakıda proqnoz verib ki, bu dəfə Qarabağ danışıqları uzanmayacaq
5 işçisi olan Azərbaycan səfirliyi 2 min litr pivəni kimə sifariş verib?
BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun 18 aprel TV proqramında
Yeni xaricdə təhsil proqramı necə olsun?
Şəkər xəstəliyi ilə mübarizə üçün yeni cihaz ixtira olundu

Buna da bax: Nobel Mükafatı laureatından Xədicə İsmayıla dəstək

Nobel Mükafatı laureatından Xədicə İsmayıla dəstək
Gözlə

No media source currently available

0:00 0:16:13 0:00

Valideynləri bezdirən uşaq bezi qiymətləri

Valideynləri bezdirən uşaq bezi qiymətləri
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

___________________________________________________________

Bunlara da bax:
Erməni general istefa verir: "Adımın Əliyevlə eyni siyahıda..."
“Neftin qiymətini dirçəltmək” cəhdi baş tutmadı

___________________________________________________________

XS
SM
MD
LG