-
Ermənistanın müdafiə nazirliyi aprelin 2-dən bu yana Dağlıq Qarabağda, qoşunların təmas xəttində baş verən toqquşmalarda verdiyi itkilərlə bağlı yeni açıqlama verib.
Nazirliyin məlumatına görə, aprelin 2-5 arası gedən döyüşlərdə 64 hərbi qulluqçu və 13 könüllü ölüb.
Zabit-kapitan Arqişti Qaboyan isə itkin düşüb.
Məlumatda deyilir ki, aprelin 2-13 arasında baş verən ayrı-ayrı insidentlər nəticəsində isə 9 hərbi qulluqçu, 2 könüllü və 4 dinc sakin ölüb.
Ümumilikdə Ermənistan tərəfinin 92 nəfər itki verdiyi bildirilir.
Məlumarı AzadlıqRadiosunun erməni xidməti yayıb.
Youtube Kanalımızda izləyin: