Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Gakharia-nın baş nazirliyə namizədliyi etirazlara səbəb olub


Giorgi Gakharia
Giorgi Gakharia

Gürcüstanın hakim Gürcü Arzusu partiyası ölkənin baş naziri vəzifəsinə son vaxtlar cəmiyyətdə birmənalı münasibət bəslənilməyən daxili işlər naziri Giorgi Gakharia-nın namizədliyini verib.

Partiyanın sədri, milyarder Bidzina Ivanishvili bu təklifi sentyabrın 3-də öz partiyasının bir saatlıq müşavirəsinin sonunda verib.

Gakharia-nın namizədliyinə etiraz edən millət vəkilləri parlamentin işini “Ar olsun” şüarları ilə pozublar. Elə bu vaxt parlament binasının qarşısına da yüzlərlə antihökumət etirazçısı toplaşmışdı.

Müxalifət deputatı Salome Samadashvili Gakharia-nı “Moskvanın Gürcüstandakı adamı” adlandırıb.

O bildirib ki, Gakharia-nın namizədliyinin verilməsi ölkəni “daha dərin siyasi böhrana” sürükləyəcək.

Bundan bir gün əvvəl, sentyabrın 2-də Gürcüstanın baş naziri Mamuka Bakhtadze istefasını elan etmişdi. O bu vəzifəni bir ildən bir qədər artıq müddətdə tuturdu. O bildirib ki, üzərinə düşən missiyanı uğurla başa çatdırıb.

Gakharia, nominasiyası verilən kimi kabinet dəyişikliklərini elan edib. O bildirib ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin başçısı Vakhtang Gomelauri-ni daxili işlər, keçmiş baş nazir Irakli Gharibashvili-ni isə müdafiə naziri təyin edəcək.

Gürcü Arzusu partiyasının çoxluğa malik olduğu parlament təklif edilmiş hökumət tərkibinə dair debatlara sentyabrın 4-də başlayacaq.

Spiker Archil Talakvadze deyib ki, etimad səsverməsi sentyabrın 8-də keçiriləcək.

Bu yay Gürcüstanın paytaxtı Tbilisini antihökumət etirazları bürümüşdü. Paytaxtda həftələrlə davam edən mitinqlərdə minlərlə etirazçı daxili işlər naziri Gakharia-nın istefasına çağırırdı.

Bundan əvvəl etiraz aksiyalarını dağıtmaq istəyən polis nümayişçilərə rezin güllələrlə atəş açmışdı. 240-dan çox insan xəsarət almışdı.

Antihökumət etirazlarının başlanmasına iyunun 20-də Gürcüstan parlamentində keçirilən xristian forumu zamanı Rusiya Dövlət Duması deputatının spikerin kreslosunda oturması səbəb olmuşdu.

Baş nazirin müavini və daxili işlər naziri kimi çalışmazdan əvvəl Gakharia iqtisadiyyat naziri idi.

O habelə Rusiyada Almaniyanın Lufthansa hava şirkətinin regional direktoru işləyib. Bundan başqa 44 yaşlı Gakharia Moskva Dövlət Universitetində biotexnologiyadan mühazirələr oxuyub.

O Moskva Lomonosov Universitetinin məzunudur.

Rusiya ilə 2008-ci ildə baş vermis qısa müharibədən sonra bir çox gürcülər hələ də Moskvaya acıqlı münasibət bəsləyirlər.

Həmin müharibədə Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanımaqla faktiki olaraq bu ərazilərin qəsb edilməsini rəsmiləşdirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG