Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:09

Gürcüstanın baş naziri istefa verir


Mamuka Bakhtadze müəllimlərlə görüşür, arxiv fotosu
Mamuka Bakhtadze müəllimlərlə görüşür, arxiv fotosu

Gürcüstanın Baş naziri Mamuka Bakhtadze baş nazir portundan istefa verdiyini açıqlayıb. O, həmin vəzifəyə ötən il təyin olunmuşdu.

Bakhtadze Facebook postunda qərarını sentyabrın 2-də axşam izah edəcəyini, onu əvəzləyəcək namizədin adının isə bir gün ərzində açıqlanacağını yazıb.

“2018-ci ildə mənə Gürcüstanın Baş naziri mandatının verilməsinin məqsədi ölkə üçün strateji inkişaf çərçivəsini yaratmaq və həyata keçirmək idi, bu çərçivə növbəti illərdə bizim dövlət məqsədlərimizə çatılmağı təmin etməli, ölkənin inkişaf bələdçisinə çevrilməli idi”, – o, postunda yazıb.

“Strateji inkişaf çərçivəsi yaradılıb və həyata keçirilib, ona görə də istefa qərarı verdim, çünki inanıram ki, bu məqamda missiyamı yerinə yetirmişəm”, – o, sözlərinə əlavə edib.

37 yaşlı keçmiş şirkət rəhbəri və maliyyə naziri 2018-ci ilin iyununda deputatlar tərəfindən baş nazirliyə təsdiqlənib. O zaman o, liberal islahatlar həyata keçirmək, bu Cənubi Qafqaz ölkəsini Avropa Birliyi və NATO üzvlüyünə doğru aparmalıydı. Bakhtadze bunun “Gürcüstanın xarici siyasəti üçün vacib tapşırıq, ölkənin təhlükəsizliyi və sabit inkişafı üçün həyati əhəmiyyətli” hesab edirdi.

Gürcüstanın Qərblə əlaqələr yaratmaq cəhdləri Moskvanı qəzəbləndirib. 2008-ci ildə Moskva Tbilisi ilə qısamüddətli müharibə aparıb, separatçı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Vaxtilə Gürcüstan Dəmiryolları dövlət şirkətinin rəhbəri, Gürcüstan Beynəlxalq Enerji Korporasiyasının baş direktoru olmuş Bakhtadze “fundamental və innovativ” islahatlar, “Gürcüstanın hər bir vətəndaşı”na təsir göstərəcək yeni iqtisadi model yaratmağı vəd edib.

O, milyarder Bidzina Ivanishvili-nin yaratdığı hakim “Gürcü Arzusu” partiyasını 2020-ci ildə proporsional seçkini “heç bir baryer olmadan” keçirməyə, gürcüstanlıların hamısının səsinin eşidilməsinə imkan yaratmağa çağırıb.

“Ölkədə qütbləşməni həvəsləndirən və mənfi gündəm yaradan istənilən addım Gürcüstan dövlətçiliyinə zərbə vurur, inkişafını əngəlləyir və yalnız Gürcüstanın düşmənlərinin maraqlarına cavab verir”, – o yazıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG