Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:53

Gürcüstanın Cənubi Osetiya regionunda nə baş verir – Qərb mediası


Gürcüstanla Cənubi Osetiyanın administrativ sərhədi
Gürcüstanla Cənubi Osetiyanın administrativ sərhədi

Ötən həftə Gürcüstan Rusiyanın dəstəklədiyi separatçı Cənubi Osetiya bölgəsi ilə “ciddi qarşıdurma” yaranması haqda xəbərdarlıq edib. Beynəlxalq ictimaiyyət isə tərəfləri təmkinli olmağa çağırır. “The Moscow Times” bölgədə nə baş verdiyinə nəzər salır.

Rusiya 2008-ci ilin avqustunda Gürcüstanla beşgünlük müharibə apararaq Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb.

Ötən həftə Cənubi Osetiya tələb edib ki, Gürcüstan 24 saat içində mübahisəli sərhəd zonasında müşahidə postunu ləğv eləsin. Tələbə əməl olunmayınca Cənubi Osetiya lideri özünün nəzarət məntəqəsini tikmək göstərişi verib. Separatçı bölgənin təhlükəsizlik xidməti ərazidə Gürcüstanın “provokativ” hərəkətlərinə cavab olaraq öz bölmələrini yerləşdirdiyini elan edib. Gürcüstanın Xarici İşlər Nazirliyi isə cümə günü bildirib ki, bütün bunlar “ciddi qarşıdurmanın qızışması” riskini yaradır.

Bazar günü – sentyabrın 1-də isə Cənubi Osetiya Gürcüstanı sərhədə silahlı təhlükəsizlik işçiləri göndərməkdə, dronlarından birini vurmaqda ittiham edib.

Rusiyanın Xarici İşlər Nazirliyi tərəfləri “təmkinli olmağa” çağırıb, Gürcüstanı Cənubi Osetiyayla sərhədlərin demarkasiyası üzrə danışıqlardan imtina etməkdə suçlayıb.

Birləşmiş Ştatlar durumu izlədiyini açıqlayıb. Avropa Birliyinin Tbilisidəki səfəri isə “bütün tərəfləri maksimum təmkin göstərməyə” səsləyib.

ATƏT son durumun “ümumilikdə təhlükəsizliyə mənfi təsir göstərdiyini” vurğulayıb. AB-nin Gürcüstandakı monitorinq missiyasının rəhbəri patrul xidmətinə istinadla “indiyədək hər şeyin sakit olduğunu” yazıb.

Tərəflər bazar ertəsi vasitəçilərin iştirakıyla danışıqlar aparmalıydı.

“The Moscow Times” müşahidəçilərə istinadla yazır ki, bugünkü Cənubi Osetiya Moskvadan ötrü yalnız Gürcüstanın qəlbinə yaxın hərbi baza kimi dəyərlidir.

XS
SM
MD
LG