Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:46

Ukraynanın yeni hökuməti: idealizm reallığa qarşı


Volodymyr Zelensky (ortada) hökumətin yeni üzvləri ilə görüşdə, 2 sentyabr, 2019-cu il
Volodymyr Zelensky (ortada) hökumətin yeni üzvləri ilə görüşdə, 2 sentyabr, 2019-cu il

Ukraynanın yeni hökumətinin əsas problemi onu gözləyən sərt reallıqdır. Yeni nazirlərin çoxu Qərb universitetlərində təhsil almış proqressiv gənc idealistlər, uğurlu startapların təsisçiləridir. Ancaq ola bilsin, onlar ölkənin gündəlik şərtləri ilə yetərincə tanış deyillər. “Karnegi” fondunun saytında Konstantin Skorkin yazır ki, bu reallıqla toqquşma həm islahatçıların özləri, həm də dərhal dəyişiklik istəyən Ukrayna cəmiyyəti üçün şok yarada bilər.

Prezident Volodymyr Zelensky yeni hökuməti ölkə tarixinə ən gənc kabinet kimi düşüb, nazirlərin orta yaşı 40-dır.

Müəllifin fikrincə, nazirlərin elə ilk iclasdaca təsdiqlənməsi prezidentin “Xalqın qulluqçusu” partiyasının ona kömək etmək, sələflərini hakimiyyətdən təmizləmək arzusundan doğa bilər. Bundan sonra parlamentdə çoxluğa malik bu partiya maraq qruplarına parçalana bilər. “Yəqin ki, Ukrayna siyasətində ən maraqlı və vacib proseslər bir partiyanın daxilində baş verəcək”, – məqalədə vurğulanır.

Zelensky-nin yeni baş naziri gənc hüquqşünas və sahibkar Oleksiy Honcharuk-dur. 35 yaşlı Honcharuk oliqarx zəncirinə bağlı deyil, amma Ukrayna mediasının yazmasına görə, onu Zelensky-yə prezidentin administrasiya rəhbəri, oliqarx Ihor Kolomoisky-nin keçmiş vəkili Andriy Bohdan təqdim edib. Zelensky-nin komediya aktyorundan prezidentə çevrilməsinin arxasında çoxları Kolomoisky-ni görür. Oliqarx Zelensky-nin məşhurlaşdığı şounu yayınlayan TV stansiyanın sahibidir.

Baş nazir kimi Honcharuk-un ilk tapşırığı Ukrayna üçün Beynəlxalq Valyuta Fondu ilə yeni proqram üzrə danışıq aparmaq, dövlət administrasiyası sistemini optimallaşdırmaq, böyük xarici investorların iştirakıyla, əsasən bank sektorunda irimiqyaslı özəlləşdirmə gerçəkləşdirmək olacaq.

Ancaq onun ilk işi kənd təsərrüfatı torpaqlarının satışına moratoriumu qaldırmağa ölkəni hazırlamaq olacaq. Bu addım müxalifəti mobilizə edə bilər, onlar ölkənin satışa çıxarıldığını iddia edəcəklər. Hökumət həm də iqtisadi artımı təmin etməlidir, bu, Zelensky-nin reytinqində əsas rol oynayacaq”, – məqalədə deyilir.

Müəllifin fikrincə, özünə yaxın adamları əsas postlara təyin etməklə, Zelensky özünə sadiq, nəzarətində olan hökumət yaratmaq istəyir, həm də onu potensial investorları hədəfləyən siyasətinin göstərisinə, hakimiyyət sistemini köhnə elitadan təmizləməsinin simvoluna çevirmək istəyir. Axı, ictimaiyyətin ondan istədiyi də budur.

“Vaxtilə, keçmiş prezidenti Ptro Poroshenko islahatçıları öz yaxınlarının biznes maraqlarına qurban verdi. İndi Zelensky eyni şeyi özü üçün çox vacib saydığı xalq sevgisi naminə edə bilər”, – müəllif yazır.

XS
SM
MD
LG