Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:07

Trump iranlılar üçün Yezidə necə 'çevrildi’


İranda Aşura mərasiminə hazırlıq, arxiv fotosu
İranda Aşura mərasiminə hazırlıq, arxiv fotosu

ABŞ Prezidenti Donald Trump İraq diktatoru Saddam Hussein-in 40 il öncəki İran işğalından dərs almalıdır, yoxsa özü də eyni taleni yaşayar. Bu xəbərdarlığı “The National Interest” dərgisində Assal Rad səsləndirir.

Müəllif İmam Hüseynin, yeddinci əsrdə Kərbəla düzündə baş verənlərin bugünkü şiə İranında oynadığı rola toxunur, bu irsin iranlılardan ötrü bir çox çətinliklərə, hətta müharibə təhdidlərinə sinə gərməkdə güc mənbəyinə çevrildiyini vurğulayır.

“Trump administrasiyası və Vaşinqtonda İrana qarı sərt mövqedə olanlar İranla müharibənin sürətli və asan başa gələcəyini düşünürlər. Milli təhlükəsizlik müşaviri John Bolton Xalq Mücahidləri (MEK) təşkilatının toplantısında deyirdi ki, 2019-cu il gəlməmiş oxşar yığıncaq Tehranda olacaq, yəni, o, rejimin tezliklə çökəcəyini nəzərdə tuturdu... Trump-ın özü “İranın rəsmi sonu” təhdidini dilə gətirib, İranla müharibənin qısamüddətli olacağını deyib”, – müəllif yazır. Ancaq inamlı ritorikaya baxmayaraq, ortadakı dəlilin ABŞ-dakıları tərəfində olmadığını vurğulayır.

“İran sonuncu dəfə irimiqyaslı müharibəni 1980-ci ildə İraqın işğalına məruz qalandan sonra aparıb. Elə Trump administrasiyasının indi düşündüyü kimi, Saddam Hussein hesab edirdi ki, inqilabdan sonrakı İranın zəifliyi, sabitsizliyi onun xeyrinə olacaq. İraq başlanğıcda uğur qazandı, Xorramşahrı tutdu, ancaq xarici işğal ölkəni hərəkətə gətirdi, iranlılar vətənlərini qorumağa səfərbər oldular və bu, İslam Respublikasını möhkəmlətdi.

İranın müdafiəsi yüksək millətçi hisslərlə dərk edilirdi, amma şiə simvolları ilə də çuğlanmışdı. İraq daha hazırlıqlı, daha yaxşı təşkil olunsa da, dünyanın bir çox güclü dövlətləri onu dəstəkləsə də, İranın qüdrətli ideologiyası vardı. İslam respublikası xalqın dini hisslərindən yararlandı, di gəl, bunu yalnız ona görə edə bildi ki, dövlət mövcud meyldən yararlanırdı. Hüseyni döyüş meydanında tək qoymuş Kufə sakinlərindən fərqli olaraq, iranlılar itaəti rədd elədilər, həyatlarını qurban verməyə hazır idilər və Hüseynin bayrağı altında savaşdılar”, – məqalədə deyilir.

Müəllif İranın silahlı qüvvələrinin bu gün yaxşı təşkil və təchiz olunmuş vəziyyətdə olduğunu yazır. 40 illik avtoritar idarəçilik iranlılar arasında böyük narazılıq yaratsa da, Trump administrasiyasının siyasəti İranın sərt xətt tərəfdarlarının əlinə oynayıb. “Nüvə sazişindən çıxan, sıravi iranlılara zərbə vuran qəddar sanksiyaları tətbiq edən, iranlıların məğrur hisslərini təhqir edən Trump istibdad və ədalətsizlik simvoluna, müasir Yezidə çevrilib”, – müəllif yazır.

XS
SM
MD
LG