Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 19:45

Qətər dünya çempionatına 200 milyard dollar xərcləyəcək


"RUSİYA 2018". 30 Janvar, 2017

2022-ci ilin futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Qətər çempionatın infrastrukturu ilə bağlı layihələrə həftədə 500 milyon ABŞ dollarına qədər vəsait xərcləyir. Çərşənbə axşamı günü ölkənin maliyyə naziri belə deyib.

Nazir Ali Shareef Al-Emadi deyir ki, bu gözqamaşdırıcı xərcləmə tempi 2021-ci ilə qədər davam edə bilər. “Biz kapital layihələrinə həftədə 500 milyon dollara yaxın vəsait xərcləyirik", – o, jurnalistlərə deyib.

Buna da bax:​ FİFA dünya çempionatında iştirak edən yığmaların sayını 48-ə qaldırdı

KONTRAKTLARIN 90 FAİZİ ARTIQ PAYLANIB

“Bizim məqsəd və məramımız ölkəni 2022-ci ilə hazırlamaqdır. Məqsədimizə çatmağımız üçün bu xərcləmə yaxın üç - dörd il ərzində davam edəcək", – deyə o qeyd edib.

Qazla zəngin əmirlik 2022-ci ilə hazırlıq gedişində cəmi 200 milyard dollardan artıq vəsait xərcləyəcək.

Emadi qeyd edib ki, bu rəqəm təkcə stadionları yox, həm də yolla, yeni hava limanı və xəstəxanalar kimi nəhəng və bahalı layihələri əhatələyir.

“2022-ci ilə aid kontraktların doxsan faizi artıq paylanıb", – deyə Emadi əlavə edib.

Buna da bax: FİFA prezidenti: Azərbaycan dünya çempionatına ev sahibliyi edə bilər

“Bu, təkcə stadionlar demək deyil. Biz magistral yollardan, dəmir yol xətlərindən, limanlardan, hava limanlarından danışırıq. Onlar artıq tikilməkdədir. Əslində, biz özümüzə işləri vaxtında görmək fürsəti veririk. Biz insanların ölkəyə gəldiyi vaxt divar rəngləməyə başlamaq istəmirik", – deyə nazir bildirib. Nazir jurnalistlərin Qətərdə baş tutacaq çempionatın tarixdə ən bahalı dünya çempionatı olacağı barədə iddiasını rədd edib.

“200 MİLYARDI İNFRASTRUKTURA QOYURUQ”

“Biz 200 milyard dolları infrastruktur olaraq yatırırıq. Siz, sadəcə, dünya çempionatına baxırsınızsa, yox, bu, ən bahalı çempionat deyil", – deyə Emadi xarici jurnalistlərə bildirib. O həmçinin bildirib ki, Qətərin dünya neft və qaz qiymətlərindən dolayı üzləşdiyi çətinliklərə baxmayaraq, dünya çempionatı layihələrinə ayrılmış pullar kəsintilərdən mühafizə olunub.

Ötən il, son 15 ildə ilk dəfə olaraq, Qətərin büdcə kəsiri 12 milyard dollardan artıq olub.

Buna da bax:​ Norveç qələbəsinə görə hər futbolçuya 50 min manat veriləcək

2017-ci il üçün dövlət büdcəsi isə 7,7 milyard dollar kəsirlə planlaşdırılıb. Dünyanın üçüncü ən böyük qaz ehtiyatına malik olan və gündə 800 min barrel neft istehsal edən Qətər 2014-cü ildə xam neft qiymətlərinin azalmasından sonra "kəmərini bərkitməyə" məcbur qalıb.

Hazırda bazar qismən bərpa olunub. Emadi Qətərin hazırkı neft qiymətlərindən "çox razı" olduğunu deyib.

RUSİYA DA XƏRCLƏRİ ARTIRIR

Büdcə kəsirinin doldurulması üçün Qətərin xarici aktivlərini satışa çıxarıb-çıxarmayacağı barədə suala cavab olaraq maliyyə naziri bildirib ki, hökumət hələ bu barədə qərar qəbul etməyib.

Digər Körfəz ölkələri kimi Qətər də 2018-ci ildə Əlavə Dəyər Vergisi tətbiq edə bilər.

Buna da bax:​ 'Korrupsionerlərin oğurladıqları süfrəmizdən gedir'

Nazir bunun Qətərdə gəlir vergisinin tətbiqinə yol açacağına dair iddianı rədd edib.

Rusiya da heç bir izahat vermədən 2018-ci ilin dünya çempionatı ilə bağlı dövlət xərclərini 19,1 milyard rubl (325,6 milyon dollar) artırıb.

Beləliklə, çempionatın təşkilinə xərclənəcək vəsait 638,8 milyard rubla (10,8 milyard dollar) çatır. Artım bütövlükdə federal büdcə hesabına həyata keçirilir. Federal büdcə çempionatla bağlı ümumi xərclərin 55 faizini təmin edir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG