Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:06

Norveç qələbəsinə görə hər futbolçuya 50 min manat veriləcək


Azərbaycan yığması oyunda (arxiv fotosu)
Azərbaycan yığması oyunda (arxiv fotosu)

Dünya Çempionatı-2018-in seçmə mərhələsində Azərbaycan millisinin Norveç üzərində 1:0 hesablı qələbə qazanması futbolçuların cibini dolduracaq.

Fuboll.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) qələbəyə görə fantastik mükafat ayırıb.

Xəbərdə bildirilir ki, oyuna start heyətdə başlayan hər futbolçuya 50 min manat veriləcək. Oyuna sonradan daxil olan Ramil Şeydayev, Bədavi Hüseynov və Namiq Ələsgərov isə mükafatın 75 faizini alacaq. Bu isə 37500 manat deməkdir.

Buna da bax:​ Azərbaycan Norveç oyunundan ən maraqlı fotolar

Ehtiyat oyunçular skamyasında oturmuş, ancaq Norveçlə matçda forma şansı qazanmayıb 9 futbolçunun mükafatı isə 25 min manat olacaq.

Qələbədən seçmənin baş məşqçisi Robert Prosineçki də öz payını alacaq.

Bunu da nəzərə alanda, mükafat fondunun məbləği 1 milyon manatı keçir.

Oktyabrın 8-də futbol üzrə Azərbaycan millisi doğma divarlar arasında Norveç yığmasını 1:0 hesabı ilə məğlub edərək qrupdakı xalını 6-ya çatdırıb. Oktyabrın 12-də Azərbaycan millisi səfərdə Çex yığması ilə qarşılaşacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG