Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:51

İsa Qəmbər: Görünən dağa nə bələdçi!


İsa Qəmbər
İsa Qəmbər

«Ölkədə azadlıqların boğulması prosesi o qədər aydın şəkildə görünür ki, bunun üçün xarici hesabatların müzakirəsinə belə ehtiyac yoxdur».

Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər «Freedom House» təşkilatının illik hesabatında Azərbaycanla bağlı tənqidi fikirlərə münasibət bildirirkən belə deyir.

Buna da bax-Azərbaycan yenə 'qeyri-azad' sayıldı

«Təbii ki, beynəlxalq təşkilatlar da burdakı vəziyyəti diqqətlə müşahidə edib dəqiq qiymətləndirirlər. Amma yenə təkrar edirəm ki, situasiya göz qabağındadır. İlham Əliyevin dönəmində azadlıqların məhdudlaşdırılması, bütün siyasi, iqtisadi azadlıqların boğulması, siyasi məhbusların sayının katastrofik dərəcədə artması, sərbəst toplaşma, ifadə azadlığının tapdanması çox aydın şəkildə görünür», – İ.Qəmbər əlavə edir.

İsa Qəmbər: 'Situasiya göz qabağındadır'
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00
Direct-ə keçid

GERÇƏKLİYİ DƏYƏRLƏNDİRMƏK

Hakimiyyətin tənqidləri rədd etməsinə gəlincə, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri hesab edir ki, iqtidar beynəlxalq təşkilatların hesabatlarından inciməkdənsə, küsməkdənsə, onların hamısını ermənipərəst elan etməkdənsə, gerçəkliyi görüb qiymətləndirməlidir.

Buna da bax-Deputat: ''Freedom House' hər şeyi qara görür'

O ki qaldı ötən ilin sentyabrında keçirilən referendumdan sonra Konstitusiyaya edilən dəyişikliklərlə bağlı beynəlxalq təşkilatın dediklərinə, MSDM rəhbəri bunları bildirir: «Mənə elə gəlir ki, rəhbərlik etdiyim Mərkəz də, üzvü olduğum Müsavat Partiyası da referendum məsələsinə zamanında yetərincə prinsipial qiymət verib. Yenə də təkrar etmək məcburiyyətindəyəm ki, referenduma münasibətimizi müəyyənləşdirmək üçün bizim beynəlxalq birliyin mövqeyinə istinad etməyimizə ehtiyac yoxdur. Yəni, bu referendum Əliyev rejiminin ailə rejimi olaraq, sülalə rejim olaraq davam etdirilməsi üçün keçirildi».

İ.Qəmbərin sözlərinə görə, böhran şəraitində sosial-iqtisadi gərginliyin siyasi gərginliyə çevrilməsi zaman məsələsidir. Onun qənaətincə, siyasi gərginlikdən narahat olan Əliyev hakimiyyəti referenduma getməklə zəmin yaradırdı: «Həm hakimiyyətin bir əldə, bir ailə çərçivəsində cəmləşdirmək üçün hüquqi baza hazırlamağa çalışırdılar, həm də ekstremal şəraitlərdə istədiyi şəkildə hakimiyyəti ailə və ya klan daxilində kiməsə ötürmək, yerdəyişmələr etmək üçün zəmin hazırlayırdılar. Biz bunu hələ referendum keçirmək istəyi bəyan olunanda elan etmişdik və təbii ki, mövqeyimizdə qalırıq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG