Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 05:06

Fransa finalda Portuqaliyanı məğlub etsə...


Dünya futbol ulduzları Diego Maradona və Pele Avropa Çempionatında (Fransa)
Dünya futbol ulduzları Diego Maradona və Pele Avropa Çempionatında (Fransa)

Hollande yığma üzvlərini qəbul edəcək

Fransa yığması Avropa çempionatının finalında Portuqaliyanı məğlub edəcəyi halda Şarl de Qoll meydanındakı Zəfər Tağı Fransa bayrağının rənglərinə bürünəcək. Ancaq yığma 1998-ci ildə olduğu kimi Parisin əsas küçəsini avtobusla dolaşmayacaq. Yerli hakimiyyət orqanlarından verilən bilgiyə görə, Yelisey çölləri artıq 14 iyul paradına – Bastiliyanın alındığı günə hazırlaşır. Düzdür, alternativ də nəzərdə tutulub: komanda bahalı mülklərlə məşhurlaşan Foş prospekti ilə hərəkət edə bilər. Bu prospekt Şarl de Qoll meydanından Bulon meşəsinə qədər uzanır. Komandanın hərəkəti bazar ertəsi Bakı vaxtı ilə saat 17.00-a nəzərdə tutulub. Bundan üç saat əvvəl isə finaldakı nəticədən asılı olmayaraq, ölkə prezidenti François Hollande yığma üzvlərini qəbul edəcək.

Xatırladaq ki, finaldan sonra Yelisey çöllərində 3400 polis və jandarma iş başında olacaq. İyulun 10-dan 11-nə keçən gecə Paris regionunda metronun və elektrik qatarlarının bir neçə xətti «İstədiyiniz vaxt evə qayıdın» aksiyası çərçivəsində səhərə qədər işləyəcək.

Ronaldo mərhum futbolçunun xanımını qonaq çağırdı

Portuqaliya yığmasının kapitanı Cristiano Ronaldo İtaliya yığmasının sabiq oyunçusu Stefano Borgonovo-nun xanımını final oyununa şəxsi qonağı kimi dəvət edib. Yan amiotrofik skleroz (ALS) xəstəliyindən əziyyət çəkən, ömrünün son illərində tam iflic olan Borgonovo 2013-cü ildə dünyasını dəyişib.

«Zenit»in sabiq holland oyunçusu Fernando Ricksen də bu xəstəliklə mübarizə aparır. 2014-cü ildə populyar Ice Bucket Challenge aksiyası məhz adamların bu xəstəliyə diqqətini cəlb etməyə həsr olunmuşdu.

Shilton: «Uğurun açarı Lloris-in oyunudur»

İngiltərə yığmasının sabiq qapıçısı Peter Shilton-un fikrincə, Fransanın AÇ-2016-dakı uğurunun açarı qolkiper Hugo Lloris-in oyunu oldu. Times of India onun aşağıdakı fikirlərinə yer verib: «Fransanın uğurlarına önəmli töhfə verən futbolçu qapıçısı və kapitanı Hugo Lloris-dir. Mən onu turnirin ən yaxşı qapıçısı adlandırardım. Hugo Almaniya ilə oyunda parlaq qurtarışlar etdi. Portuqaliyanın tarixçəsi fərqlidir. Onların müdafiə futbolu bəlkə də maraqsızdır, ancaq məhz bu oyun üslubu rəqibi səhvə məcbur edir. Onların Cristiano Ronaldo-su var. Fikrimcə, o, turnirin ən yaxşı hücumçusudur. Düşünürəm ki, komandalar nə qədər ehtiyatlı davransa da, finalda daha açıq futbol olacaq. Məni proqnoz söyləməyə məcbur etsəniz, deyərdim ki, Fransa 2:1 hesabıyla qalib gələcək».

Maradona: «Ronaldo üçün son şansdır»

Əfsanəvi argentinalı Diego Maradona AÇ-nin final oyunu ərəfəsində deyib ki, bu, Cristiano Ronaldo üçün yığmanın heyətində titul qazanmaq baxımından sonuncu şansdır. Maradona həmçinin deyib ki, fransızların heyətində heç də Ronaldodan az təhlükəli olmayan Antoine Griezmann oynayır: «Belə böyük oyunlarda heç də hər şey strategiya üzərində qurulmur. Motivasiya da böyük rol oynayır. Cristiano Ronaldo-nun 31 yaşı var, bu onun qitə birinciliyini qazanmaq üçün son şansıdır. Ronaldo-nun yığmanın heyətində titul qazanmaq arzusu final ərəfəsində komandaların şansını bərabərləşdirir. Fransa Ronaldo haqda düşünərkən Portuqaliya da Griezmann-dan ehtiyatlanmalıdır. «Atletiko»nun oyunçusu əla formadadır, onun sol ayağı qapını hədəfə alıb, turnirdə vurduğu 6 qol da bunu göstərir».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG