Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 22:07

Futbol üzündən toyunu ertələdi


Uels millisi

«The Sun» xəbər verir ki, Uels yığmasının yarımmüdafiəçisi Joe Ledley Avropa çempionatının Portuqaliya ilə yarımfinal oyunu üzündən toyunu ertələyib. Tədbirin planlaşdırıldığı gün açıqlanmasa da, məlumdur ki, bu xoş hadisə xavbekin Portuqaliya ilə oyuna hazırlaşmasına mane olacaqdı. Toyun yeni tarixi də açıqlanmır.

Portuqaliya–Uels oyunu isə iyulun 6-da, Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.

Yeri gəlmişkən, Ledley AÇ-yə görə toyun vaxtını dəyişən tək futbolçu deyil. Daha əvvəl İngiltərə yığmasında iştirakını dəqiqləşdirən hücumçu Jamie Vardy də eyni addımı atmışdı.

XS
SM
MD
LG