Keçid linkləri

2017, 24 İyun, şənbə, Bakı vaxtı 12:53

Platini finalda da olmayacaq


Michel Platini

UEFA baş katibinin səlahiyyətlərini yerinə yetirən Teodor Teodoris qurumun rəhbəri Michel Platini-nin, çox güman, final oyununda da stadionda olmayacağını deyib.

Xatırladaq ki, Platini FIFA-nın sabiq prezidenti Sepp Blatter-dən qanunsuz şəkildə 2 milyon İsveçrə frankı aldığına görə 4 illiyə futboldan uzaqlaşdırılıb. Ancaq Fransa Futbol Federasiyası turnir ərəfəsində yığmanın sabiq kapitanını və baş məşqçisini qonaq kimi dəvət edib. Teodoris-in bu haqda dedikləri:

«Platini-yə ünvanlanan dəvət bütün turnirə aid idi. O, indiyədək bu məsələyə maraq göstərməyib. Məndə olan bilgiyə görə, finala da gəlməyəcək. Hərçənd, onu stadionda görmək istəyərdim».

Xatırladaq ki, iyulun 10-da keçiriləcək Portuqaliya-Fransa final oyunu Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG