Fransada qaçqınlar üçün olan Kale düşərgəsində imiqrantlar və polis arasında qarşıdurma olub.
Hökumət bu düşərgəni gələn həftənin əvvəli bağlamaq istəyir.
Bu barədə BBC məlumat yayıb.
Onlarla miqrant polisə daş və butulka atıb.
Polis atəş açıb və etirazçılara tüstü buraxıb.
Kala şəhərindəki düşərgədə Afrika və Yaxın Şərq-dən 9 minə yaxın qaçqın məskunlaşıb.
Sentyabrda Fransa prezidenti Fransua Olland bildirib ki, 2016-cı ilin sonlarına qədər düşərgə söküləcək.
Miqrantlar sığınacaq almaq üçün ölkənin müxtəlif istiqamətlərinə dağılırlar.
Şərhlər (1)
Daha çox şərh göstər