Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:46

Frankfurtda kitab yarmarkası işə başlayıb


Frankfurt beynəlxalq kitab yarmarkası. 19oct2016
Frankfurt beynəlxalq kitab yarmarkası. 19oct2016

Oktyabrın 19-da Almaniyanın Frankfurt-Mayn şəhərində dünyanın ən böyük kitab sərgisi sayılan ənənəvi Frankfurt beynəlxalq kitab yarmarkası (Frankfurter Buchmesse) işə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, sərgidə ölkəni nazirin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Xəbərdə bildirilir ki, builki sərgidə Azərbaycan stendi xüsusi dizaynı ilə seçilir. 56 kv/m sahədə qurulan Azərbaycan stendində çoxsaylı çap məhsulları, nəfis nəşrlər, nəşriyyatların kitabları nümayiş olunur.

Buna da bax:​ Azərbaycan kitabları Frankfurt beynəlxalq yarmarkasında nümayiş olunur

Oktyabrın 24-dək davam edəcək sərgidə işgüzar görüşlərin də keçirilməsi planlaşdırılır.

Avropada kitab sərgi mədəniyyətinin tarixi XVI-XVII əsrlərdə təşkil olunan Frankfurt və Leypsiq yarmarkalarından başlayır.

1949-cu ildən keçirilən Frankfurt yarmarkası dünyanın ən nəhəng kitab sərgi-yarmarkası hesab olunur.

Ümumi ekspozisiya sahəsi 170 min kv/m-dən çox olan yarmarkaya hər il 100-dən çox ölkə qatılır.

Builki yarmarkanın fəxri qonağı Niderland Krallığıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG