Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:45

Azərbaycan kitabları Frankfurt beynəlxalq yarmarkasında nümayiş olunur


Iraq – book fair, Duhok, 02Mar2013
Iraq – book fair, Duhok, 02Mar2013
-
Oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində Beynəlxalq kitab sərgi-yarmarkası (Frankfurter Buchmesse) açılıb.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumata görə, artıq 65-ci dəfə gerçəkləşən yarmarkada Azərbaycan kitabları da nümayiş etdirilir.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan dünyanın bu nüfuzlu kitab sərgisində altıncı dəfə təmsil olunur.

Məlumatda bildirilir ki, sərginin açılış günündə elə ilk dəqiqələrdən Azərbaycan stendi xüsusi maraq doğurub. Qonaqlar zövqlə tərtib olunmuş guşədə nümayiş olunan çap məhsullarına xüsusi diqqət göstərirlər. Ziyarətçilər arasında Türkiyənin Almaniyadakı səfiri, Frankfurtdakı baş konsulu, türk və Azərbaycan diasporlarının nümayəndələri, naşirlər vardır.

Ötən illərdən fərqli olaraq, bu il Azərbaycan stendi daha genişdir. Kitablar “Messe Frankfurt” sərgi şəhərciyində 48 kvadratmetr sahədə gözəl tərtibatlı stenddə nümayiş olunur. Qız qalasının fiquru və Qala divarları fonunda dizayn edilən stenddə Azərbaycan tarixini, mədəniyyətini, dövlətçiliyini, Qarabağ həqiqətlərini əks etdirən nəşrlər yer alıb.

Azərbaycan stendində ziyarətçilərə 200 adda kitab, Azərbaycan, ingilis, alman və rus dillərində nəfis tərtibatlı nəşrlər, ölkənin turizm imkanları haqqında bukletlər və digər çap məhsulları təqdim edilir.

“Şərq-Qərb” nəşriyyatı nazirliyin dəstəyi ilə xüsusi stenddə kitablarını nümayiş etdirir.

Sərgi günlərində bir sıra təqdimatlar nəzərdə tutulub.

Sərgi-yarmarka oktyabrın 13-dək davam edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG