Filippinin Mindanao adasında 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Talisay şəhərindən 2 km aralıda yerləşib.
Zəlzələ nəticəsində ölənlərin sayı 15-i keçib. 100-dən çox yaralı var.
Bir çox yaşayış binası və tikililərəziyan dəyib, körpü uçub. Suriqao şəhərinin aeroportu bağlanıb, elektrik kəsilib.