Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:06

Qara Mustafayev: 'Filin, zürafənin Şamaxıda nə işi var?'


Zürafə.
Zürafə.

Şamaxı Safari Parkında, hələlik, nə fil olacaq, nə də şir, üzunboy zürafə, bataqlıqda sərinləyən begemot. Şamaxı təbiətində hansı heyvanlar varsa, o parkda da elə onlar olacaq

2017-2020-ci illərdə Şamaxıda Safari Parkı yaradılacaq.

Azərbaycan prezidentinin təsdiqlədiyi "Strateji Yol Xəritəsi"ndə belə deyilir.

Sənədə görə, Mədəniyyət və Turizm Nazirliyi 2017-2020-ci illərdə Şamaxı Safari Parkının yaradılması və təşviqini təmin etməlidir.

“Safari” deyərkən, klassik anlamda vəhşi heyvan ovu nəzərdə tutulur. Di gəl, indiki dövrdə “safari” deyirsənsə, demək, "Jeep"lərlə vəhşi təbiətə səyahətə, ekzotik gəzintilərə çıxırsan və... orada vəhşi heyvanları ovlamaq yerinə, sadəcə, müşahidə edirsən. Ancaq AzadlıqRadiosu müxbirinin üzə çıxardığından anlaşılan odur ki, Şamaxı Safari Parkında nə fil olacaq, nə şir olacaq, nə üzunboy zürafə, nə də bataqlıqda sərinləyən begemot. Sadəcə, Şamaxı təbiətində hansı heyvanlar varsa, Şamaxı Safari Parkında elə onlar olacaq. Bir də, olsa-olsa...

Buna da bax:​ Azərbaycanda daha bir Yol Xəritəsi hazırlanır

“Muflonlar, marallar, porsuqlar olacaq”

Azər Hüseynov: 'Orada ən yaxşı halda, muflonlar, marallar, porsuqlar olacaq'
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00
Direct-ə keçid

Əvvəl adı çəkilənlər, ən azı, ona görə olmayacaq ki, Bakı Zooparkının belə illərdir üzünə həsrət qaldığı o fil, o zürafə, o begemot Şamaxı Safari parkında yaşaya bilməz. Axı Şamaxının iqlimi buna yol vermir. Bakı Zooparkının direktoru Azər Hüseynov AzadlıqRadiosu-na deyir ki, orada ən yaxşı halda, muflonlar, marallar, porsuqlar olacaq:

Fillər təbiətdə.
Fillər təbiətdə.

“Mən bildiyim qədər, Şamaxıya Avropadan çox sayda o iqlimə uyğunlaşan muflonlar, Altay maralı və Avropa maralı gətirilib. Şamaxıda isti ölkələrin heyvanlarını gətirib saxlamaq problem olar. Düşünürəm ki, orda yırtıcı heyvanlar olmayacaq. Yalnız bizim faunaya uyğun heyvanlar saxlanıla bilər, çünki qışda ora soyuq olur. Zürafəyə, filə isti yerlər lazımdır. Onun gəliri heç xərcini ödəməz, axı oktyabrdan başlayaraq, Şamaxıda havalar soyuyur, ta düz aprelədək. Orda təbii şəraitdə saxlanan heyvanlar, bizim otyeyən məməlilər- cüyürlər, marallar, xallı maral, Altay maralı, muflonlar, kirpilər, porsuqlar yaşaya bilər. Ayılar onsuz da orda var, ancaq o demək deyil ki, biz gedək ayılarla görüşək. Onu üçün gərək xüsusi yer ayrıla ki, problem olmasın”.

Buna da bax:​ Strateji Yol Xəritəsinə şübhə

Zoologiya İnstitutu: Zürafə də, fil də gətirilə bilər...

Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun direktoru Elman Yusifov fərqli düşünür və deyir ki, Şamaxı ərazisinin 30 faizi meşəylə örtülüb. Bir hissəsi də bozqırdır - çöllərdir. Yarımsəhra ərazilər də var ki, safariyə əlverişlidir. Elə landşaftlar var ki, savanna landşaftını əvəzləyə bilər:

Elman Yusifov: 'Orda safari tipli əyləncə mərkəzi salmaq yaxşı ideyadır'
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00
Direct-ə keçid

“Hündür otlar, seyrək ağaclar, tam savanna landşaftına bənzəyir. Alim kimi hesab edirəm ki, orda safari tipli əyləncə mərkəzi salmaq yaxşı ideyadır. Həmin yerdə turizmin, qeyri-neft sektorunun inkişafı baş verəcək. Savannaya aid olan zürafə də, fil də gətirilə bilər, çaqqal, canavar da ola bilər. Savanna tipinə aid bütün məməli heyvanları saxlamaq olar. Yəqin ki, bu qapalı bir ərazidə olacaq”.

“Camaata göstərmək olar. Ancaq uyğun deyil axı”

Bakı Dövlət Universitetinin “Onurğalılar zoologiyası və bioekologiya” kafedrasının müdiri Qara Mustafayev o fikirlə razılaşmayaraq deyir ki, filin, zürafənin Şamaxıda nə işi var:

Qara Mustafayev: 'Şir, zürafə, fil, hara, Şamaxı hara?'
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00
Direct-ə keçid

“Şamaxıda vaxtilə nəcib maral olub, indi yoxdur. Ayı indi də var. Şir, zürafə, fil, hara, Şamaxı hara? Camaata göstərmək olar. Ancaq uyğun deyil, axı. Zürafə də, fil də, begemot da orda ola bilməz. Şir, pələng, bəbir, nəcib maral ola bilər. Bu ətraf mühitin qorunması üçün bir təbliğatdır. Ancaq turist cəlb edə bilər. Azərbaycana müxtəlif ölkələrdən dağlıq əraziləri gəzən turistlər gəlir. Arandan Babadağına gedirlər. O marşrutu Şamaxıdan keçməklə hazırlamaq olar, turizm də güclənər”.

Buna da bax:​ Yeni xəritəyə də 1 milyard 170 milyon lazımdır

Ancaq yerli icra qurumlarında bu plandan xəbərsizdirlər. Şamaxı Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağamustafa Vahidov AzadlıqRadiosu-na deyir ki, belə bir şey olsaydı, onlar bilərdilər:

Ağamustafa Vahidov: 'Hazırda icra hakimiyyətində belə bir məlumat yoxdur'
Gözlə

No media source currently available

0:00 0:00:07 0:00
Direct-ə keçid

“Belə bir layihə varsa, yəqin yaxın zamanlarda bizə də verərlər. Ancaq hazırda icra hakimiyyətində belə bir məlumat yoxdur”.

“Hələ ortalıqda bir şey yoxdur”

Sənədə görə, Şamaxı Safari Parkının yaradılma və təşviqini Mədəniyyət və Turizm Nazirliyi təmin etməlidir. Nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev də deyir ki, bu haqda indilik heç bir məlumat verə bilməz:

Aydın İsmiyev: 'Hələ ortalıqda bir şey yoxdur'
Gözlə

No media source currently available

0:00 0:00:13 0:00
Direct-ə keçid

“Hələ ortalıqda bir şey yoxdur, hələ bununla məşğul olacağıq. Çoxdan gözlədiyimiz yüksək səviyəli sənəddir. Hələ biz o ərazilərə baxış keçirməliyik ki, nə, harda, necə olacaq. Tapşırıq var, icra olunacaq”.

Buna da bax:​ Tam 'üzən məzənnə'yə keçilir - 'Yol Xəritəsi'ndə

“Vəhşi təbiətlə təmas turları nəzərdə tutulur”

Turizm və Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov deyir ki, Şamaxı-Quba yolunda sıldırımlı və dağlıq ərazi var ki, bu yerlər özəlliklə əcnəbiləri cəlb edir. Hər il minlərlə turist bu marşrutla gəzir, vəhşi təbiətlə təmasda olur. Ancaq bura kənardan heyvanlar gətirilməyəcək:

Eldar Aslanov: 'Şamaxı-Quba yolunda sıldırımlı və dağlıq ərazi var ki, əcnəbiləri cəlb edir'
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00
Direct-ə keçid

“Mən bildiyim qədər, elə bir şey nəzərdə tutulmur. Sadəcə, Şamaxının mövcud turizm potensialından yararlanmaqla, Bakı-Şamaxı, Şamaxı ilə qonşu Qobustan istiqamətində, Quba və Altıağac səmtində olan dağlıq ərazilərdə vəhşi təbiətlə təmas turları nəzərdə tutulur. Şamaxının dağlıq ərazisinin bir hissəsi milli park və qorunan ərazidir. O ərazilərdə Qafqaz dağlarında rast gəlinən heyvanların böyük əksəriyyəti var - ayı, canavar, dağ keçisi. Bu yerlər safariyə uyğundur”.

Buna da bax:​ İqtisadiyyat kiçilir, inflyasiya artır

Eldar Aslanov deyir ki, safari turizminin inkişafı üçün ixtisaslaşmış turizm şirkətləri qurulmalı, həmin şirkətlərdə çalışacaq kadrlar hazırlanmalı, uyğun avadanlıq alınmalı, olanlar da təkmilləşdirilməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG