Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 04:51

ABŞ prezidenti Donald Trump Fələstin Muxtariyyətinin lideri Mahmud Abbası Aö evə dəvət edib.

Bu barədə Prezident Adminstrasiyası məlumat yayıb.

Məlumatda dəvətin yaxın vaxtlarda gerçəkləşəcəyi vurğulansa da, dəqiq tarix açıqlanmayıb.

Martın 10-da Trump və Abbas arasında telefon danışığı olub. Hər iki lider Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Mahmud Abbas İsrailin yanında Fələstin dövlətinin yaradılması ideyasına tərəfdar olduğunu bildirib.

Fevralın ortalarında Trump Vaşinqtonda İsrailin baş naziri Benyamin Netenyahu ilə görüşüb. O vaxt Trump yəhudi dövlətini dəstəklədiyini desə də, İsrail-Fələstin münaqişəsinin həllində əsas prinsip olan iki xalq üçün «iki dövlət» prinsipindən danışmayıb. O, XXIəsrin əvvəllərindən müzakirə olunan, ancaq heç bir praktik nəticə verməyən, ərəblərin dədəstəklədiyi sülh prosesindən danışıb.

İsrail və Fələstin arasındakı danışıqlar 9 aylıq nəticəsiz müzakirələrdən sonra dayanıb.

Trump-ın inauqurasiyasından sonra İsrail bəyan edib ki, Fələstin torpaqlarında yəhudi qəsəbələri tikəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG