Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:42

Fazil Məmmədov: ‘Ofşorlar da vergiyə cəlb ediləcək’


Arxiv fotosu.

Azərbaycanda ofşor şirkətlərlə həyata keçirilən əməliyyatlar üzrə gəlirlərin vergiyə cəlb edilməsi nəzərdə tutulur.

Vergilər naziri Fazil Məmmədov parlament komitələrinin dekabrın 14-də keçirilən birgə toplantısında belə deyib.

Trend-in xəbərinə görə, nazir bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklər təklif edib.

Buna da bax:​ İlham Əliyevin övladlarının London mülkləri də əldən çıxa bilər [video]

“Məcəllənin 14-cü maddəsinin mövcud redaksiyası rezident vergi ödəyicisinin ölkə hüdudlarından kənarda təsis edilmiş vergi ödəyiciləri ilə apardıqları əməliyyatlarda gəlir və xərclərinin düzgün bölüşdürülməsinə nəzarət etməyə imkan vermir. Belə halların qarşısının alınması məqsədilə ölkə hüdudlarından kənarda, o cümlədən vergi sığınacağı (ofşor) hesab edilən dövlətlərdə və ya ərazilərdə, təsis edilmiş şəxslərlə həyata keçirilən əməliyyatlar üzrə əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi üçün layihəyə maddələr daxil edilib”, nazir bildirib.

F.Məmmədov əlavə edib ki, layihədə transfer qiymətlərinin təqvim ili ərzində qeyd edilən hər bir şəxs üzrə ümumi dəyəri 500 min manatdan artıq olan əməliyyatlara tətbiq edilməsi nəzərdə tutulub.

Buna da bax: Avtoritarların London mülkləri müsadirə oluna bilər

“Qanun layihəsinə bu istiqamətdə dəyişiklik hazırlanarkən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tövsiyələri öyrənilib, beynəlxalq ekspertlərin rəyləri nəzərə alınıb”.

Nazir təklif olunan dəyişikliklərin beynəlxalq təcrübədə - Latviya, Estoniya, Qazaxıstan və Gürcüstan kimi ölkələrdə istifadə edildiyini bildirib.

Xatırlatma

Prezidenti avqustun 4-də “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncam imzalamışdı.

Buna da bax:​ Paşayevlərin 'Retro' qrupuna daxil şirkətlərin ləğvi başa çatıb

Həmin sərəncamda, Azərbaycan rezidentlərinin vergi güzəşti olan xarici ölkələrdə və ya onların vergi güzəşti tətbiq olunan ərazilərində (ofşorlarda) fəaliyyət göstərən ödəyiciləri ilə əməliyyatlarına səmərəli nəzarəti mexanizmlərinin qurulması qarşıya məqsəd kimi qoyulurdu.

Multimedia

XS
SM
MD
LG