Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:58

Faiq Əmirli həbsdən buraxıldı [video]


Faiq Əmirli azadlıqda. 15sent2017
Faiq Əmirli azadlıqda. 15sent2017

"Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirli həbsdən buraxılıb. Sentyabrın 15-də Bakı Apellyasiya Məhkəməsində Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda qərar çıxarıb.

Qərara əsasən, Faiq Əmirliyə münasibətdə CM-nin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Səbail Rayon Məhkəməsinin hökmü ilə ona verilmiş 3 il 3 aylıq həbs cəzasının 2 il 2 ay beş günü şərti hesab olunub. Eyni zamanda, ona üç il sınaq müddəti təyin olunub.

Buna da bax: Faiq Əmirliyə bəraət tələbinə baxılacaq

“ONLARI ELƏ POLİSLƏRİN ÖZLƏRİ QOYMUŞDU”

Qərardan öncə F. Əmirlinin vəkilləri çıxış edib. Müdafiəçi Fəxrəddin Mehdiyev Faiq Əmirliyə qarşı ittihamlara da, onun haqqında cinayət işinə də bəraətverici əsaslarla xitam verilməsini istəyib. Deyib ki, Faiqin həbsi həm "Azadlıq" qəzetinin əməkdaşı olması, həm də ictimai-siyasi mövqeyi ilə bağlıdır. F. Əmirliyə qarşı ittihamların istintaq dövründə üç dəfə dəyişdiyini deyən vəkil xatırladıb ki, onun həbsi ilə əlaqədar Avropa Məhkəməsində qərar çıxarılma mərhələsindədir: "Avropa Məhkəməsi Faiq Əmirli haqqında həbs qərarından şikayəti prioritet qaydada icraata götürdü, artıq kommunikasiya mərhələsi də başa çatıb. Yaxın vaxtlarda qərar çıxarılacaq. Gülənlə bağlı ittiham ilk gündən fiaskoya uğramışdı. Ona görə bu ittiham üzrə heç bir istintaq hərəkəti aparılmadı. Guya, Faiqin evindən və maşınından kitablar, disklər tapılmışdı. Halbuki, onları elə polislərin özləri qoymuşdu. Sonradan məlum oldu ki, o kitabların müəllifi yüksək vəzifəli şəxslərin qohumlarıdır. Ona görə onları ittihamdan çıxartdılar".

Faiq Əmirlinin vəkilləri: Aqil Layıcov (solda) və Fəxrəddin Mehdiyev (sağda)
Faiq Əmirlinin vəkilləri: Aqil Layıcov (solda) və Fəxrəddin Mehdiyev (sağda)

Buna da bax: Faiq Əmirlinin bağırsağında şiş əmələ gəlib

"Azadlıq" qəzeti ilə bağlı vergidən yayınma ittihamına gəlincə, Fəxrəddin Mehdiyev deyir ki, məbləğ şişirdilib, satışdan gələn pulun 35 faizi yayım firmalarına çatdığı halda, qəzetin gəliri kimi hesablanıb: "Təəssüf ki, bu məsələ ilə əlaqədar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi haqda vəsatətimiz də təmin olunmadı".

F. Mehdiyev çıxışının sonunda hakimləri imza atdıqları qərarın məsuliyyətini dərk etməyə çağırıb: “"Azadlıq" qəzeti Azərbaycan mətbuatının şanlı səhifəsidir. Faiq Əmirlinin həbsi ilə həm də qəzetin fəaliyyətini dayandırdılar. Ədalət mühakiməsinin də şanlı və qaranlıq səhifələri var. Ədalətsiz məhkəmə qərarları cəmiyyəti qaranlığa aparır. Bunun tarixi məsuliyyətini dərk edin”.

“DİSKDƏ FETHULLAH GULEN ÇIXIŞ EDİB DƏ”

Digər vəkil Aqil Layıcov da deyir ki, Faiqin evindən və maşınından tapıldığı iddia olunan kitabların, disklərin ona aiddiyyəti yoxdur. Həmin əşyaların götürülməsi haqda protokol da etibarsızdır, çünki axtarış məhkəmə qərarı əsasında aparılmayıb: "Məhkəmə 283-cü maddə ilə verilmiş ittiham üzrə heç bir araşdırma aparmadı. Axırda bircə diskə baxdılar. Diskdə də Fethullah Gülen (Türkiyə ABŞ-da yaşayan Gülen-in ötən ilki çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gülen bunu inkar edir) çıxış edib də, Faiq çıxış etməyib ki..."

Faiq Əmirli vəkillərinin çıxışı ilə həmrəy olduğunu deyib.

Prokuror Abbas Abbaslı apellyasiya şikayətinin təmin olunmamasını, Faiq Əmirlinin 3 il 3 ay azadlıqdan məhrum edilməsinə dair Səbail Rayon Məhkəməsinin hökmünün qüvvədə saxlanmasını istəyib.

Vergilər Nazirliyinin nümayəndəsi Xamis Seyranov da 39 min manatlıq vergi iddiasından geri çəkilmədiklərini söyləyib.

Ardınca qısa müşavirədən sonra qərar elan olunub.

Daha öncə yayılan xəbərlərdə Faiq Əmirlinin yoğun bağırsağında şiş əmələ gəldiyi bidirilirdi.

Faiq Əmirli azadlıqda
Gözlə
Embed

No media source currently available

0:00 0:01:30 0:00

XATIRLATMA

Faiq Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra Əmirliyə yeni ağır ittihamlar irəli sürüldü. Ancaq ona verilmiş bəzi ittihamlar məhkəmə öncəsi götürüldü.

F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilib.

Buna da bax: Lalə Əmirli: 'Bir ildə mən səbr etməyi öyrəndim'

O, 3 il 3 ay azadlıqdan məhrum edilib.

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağrılıb, ifadələri alınıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG