Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 07:22

Facebook üztanıma sistemini dayandırır


Üztanıma sistemi, arxiv fotosu
Üztanıma sistemi, arxiv fotosu

Hökumətlər və polisin bu sistemdən mümkün sui-istifadəsi də narahatlıqlar sırasındadır

Facebook sosial şəbəkəsi gizliliklə bağlı ciddi narahatlıq səbəbindən üztanıma sistemini dayandıracağını, 1 milyarddan çox istifadəçinin fotolarını siləcəyini bildirib.

Platformanın yeni ana şirkəti olan Meta-da süni intellekt üzrə vitse-prezident Cerome Pesenti noyabrın 2-də bloqunda yazıb ki, bu addım texnologiya tarixində üztanımadan istifadə sahəsində böyük yerdəyişmədir.

Fotolar silinəcək

Facebook-un gündəlik istifadəçilərindən üçdə birindən çoxu üztanıma sistemindən istifadə edir. Pesenti deyib ki, növbəti həftələrdə Facebook “bir milyarddan çox insanın fərdi üztanıma fotolarını” siləcək.

Bu sistem istifadəçilərin fotoları və videolarında adamları avtomatik müəyyənləşdirir, adlarını yazmaqla onları işarələyir (“tag”), digərlərinin yerləşdirdiyi foto və videolarda adları çıxanda istifadəçilərinə bildiriş göndərilir.

Pesentinin sözlərinə görə, şirkət “cəmiyyətdə artan narahatlıq fonunda” sözügedən texnologiyadan müsbət istifadəni ölç-biç etməyə çalışır. Hökumətlər və polisin bu sistemdən mümkün sui-istifadəsi də narahatlıqlar sırasındadır.

Qaydalar hazırlanır

“Üztanıma texnologiyasının cəmiyyətdəki yeri ilə bağlı xeyli narahatlıq var və tənzimləyicilər hələ ondan istifadə üzrə aydın qaydaları hazırlamaq prosesindədirlər”, – Pesenti söyləyib.

İndiliksə Facebook inanır ki, məhdud hallarda, adamların bağlanmış hesablarına daxil olmasında üztanımadan istifadə məqsədəuyğundur.

Bu günlərdə mediaya sızan informasiyaya görə, Facebook-un daxili araşdırması şirkət rəhbərlərinin platformanın potensial ziyanlı tərəflərindən agah olmasını üzə çıxarıb.

Facebook-un ana şirkətinin adı ötən həftə Meta-ya dəyişdirildi. Bəzi tənqidçilər bunu diqqəti mənfi reaksiyadan yayındırmaq kimi yozdular.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG