Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 11:06

Sanki hakimiyyət Facebook-la daha çox hesablaşmağa başlayıb [video]


Azərbaycanda insanların Facebook-da bildirdiyi rəylərin gücü artırmı?

Müşahidəçilər deyirlər ki, artır. Məsələn, keçən ilin sonu deputat Astan Şahverdiyev Rusiyada işləməyə gedənlərə “otxod”, yəni, tör-töküntü dedi, Rusiyada işləyənlər ona video cavablar çəkib göndərdilər. Sonda deputat üzr istəməyə məcbur oldu. Məsələyə hətta prezidentin köməkçisi Əli Həsənov da münasibət bildirib insanları sakitləşdirməyə çalışdı.

Buna da bax:​ "Otxod" sözünə Rusiyadan, Ukraynadan, Almaniyadan etirazlar- [Video]

Dövlət ictimai rezonans doğuran məsələlər reaksiya verir

Azərbaycanda ilk xəbər agentliklərindən biri, “Turan”ın yaradıcısı Mehman Əliyev deyir ki, hakimiyyət Facebook-la daha çox hesablaşmağa başlayıb. O, 10 yaşlı Nuray Bayramzadənin əhvalatını xatırladır. Sosial şəbəkədə yayılan videoda Nuray atası ilə yox, xalası ilə qalmaq istədiyini deyir, amma məhkəmə icraçıları onu təkidlə atasına vermək istəyir.

“İlkin informasiya gedir. Deputat Vahid Əhmədov haray qaldırır. Sosial şəbəkələrdə haray qalxır. Media bu işə qoşulur. Arxasınca dövlət orqanlarının nümayəndələri Qubaya səfər edir, vəziyyəti araşdırırlar və bununla bağlı cəmiyyətə açıqlama verilir. Biz görürük dövlət sosial şəbəkələrdə ictimai rezonans doğuran məsələlər reaksiya verir”.

Buna da bax:​ Ədliyyə Nazirliyi məhkəmədə incidilən 10 yaşlı qızla bağlı məlumat yayıb

Nurayla bağlı məsələ cəmiyyətdə elə böyük rezonans doğurdu ki, Ədliyyə Nazirliyi bununla bağlı açıqlama yaymağa da məcbur oldu.

Bakı sakinlərindən soruşmuşuq ki, Facebook onlar üçün nə deməkdir?

İndi sanki ictimai rəylə hesablaşmaq istəyirlər

Müxalif ReAl Hərəkatının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı deyir ki, hakimiyyət ümumiyyətlə ictimai rəyi daha çox nəzərə almağa başlayıb. Bu isə ölkədəki iqtisadi durumun pisləşməsi ilə bağlıdır. Azər Qasımlı deyir ki, hətta İlham Əliyev də indi ictimai rəylə daha çox hesablaşır.

“Əgər siz İlham Əliyevin son aylarda çıxışlarına baxsanız, görərsiz ki, əvvəllər o ictimai rəylə hesablaşmırdı, indi isə sanki ictimai rəylə hesablaşmaq istəyirlər. İnsanlara bəzi şeyləri başa salmaq istəyirlər, anlatmaq istəyirlər. Niyə iqtisadi böhranın baş verdiyini deməyə çalışırlar. Daha əvvəl bunların heç birini biz görmürdük”.

Buna da bax:​ Prezidentin yeni il çıxışına facebookda yazılan şərhlər-VİDEO

Azər Qasımlı deyir ki, ənənəvi media və küçə nümayişləri məhdudlaşdırıldığından ictimai rəy özünü daha çox sosial mediada göstərir. O gözləyir ki, iqtisadi böhran dərinləşdikcə, hökumət sosial medianı məhdudlaşdırmağa çalışacaq.

Hakimiyyət isə ölkədə medianın azad olduğunu bildirir. Prezidentin özünün və ailə üzvlərinin Facebook-da hesabları da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG