Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:37

Ədliyyə Nazirliyi məhkəmədə incidilən 10 yaşlı qızla bağlı məlumat yayıb


Ədliyyə Nazirliyi
Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyi 10 yaşlı Nuray Bayramzadənin xalasından alınaraq atası Ə.Bayramova verilməsiylə bağlı sosial şəbəkələrdə yayılmış görüntülərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətin yaydığı məlumatda bildirilir ki, uşağın anası 2010-cu ildə vəfat etdikdən sonra onu xalası və nənəsi öz qəyyumluğuna götürüb. Onlar uşağı atasına verməkdən yayınıblar.

Bununla bağlı Ə.Bayramov 2012-ci ildə Quba Rayon Məhkəməsində iddia qaldırıb. Məhkəmənin qətnaməsinə əsasən uşağın atasına verilməsi qərara alınıb. Həmin qətnamə apellyasiya və Ali məhkəmələrin qərarları ilə qüvvədə saxlanılıb.

"Bununla yanaşı, M.Eldarovanın uşağın atasının valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmədə qaldırdığı iddiası isə əsassız olduğundan bütün instansiya məhkəmələri tərəfindən təmin olunmayıb. Bundan sonra uşağın atasına verilməsi barədə qanuni qüvvəyə minmiş qətnamənin icrası üzrə tədbirlər həyata keçirilərkən qarşı tərəfə edilmiş xəbərdarlıqlara, profilaktik söhbətlərə və izahlara baxmayaraq onlar məhkəmə qətnaməsini könüllü icra etməmiş, icradan qərəzli yayınmış, N.Bayramzadənin yerini gizli saxlamışlar".

Xəbərdə deyilir ki, bundan sonra icra məmurunun qərar qəbul edib, uşağın və cavabdehlərin axtarılması üzrə tədbirlər görülüb. Dekabrın 7-də isə uşağın yeri müəyyən olunub:

"Video-çəkilişdən göründüyü kimi, icra prosesində mübahisə uşağın atası və qarşı tərəf arasında yaranıb. O da bildirilir ki, icra prosesi başa çatdıqdan və tərəflər icra qurumunu tərk etdikdən dərhal sonra uşaq atası Ə.Bayramovdan zorla alınaraq xalasına qaytarılıb və həmin vaxtdan onunladır. Bu fakt hazırda Quba rayon polis şöbəsində araşdırılır".

Məsələ ilə bağlı Ədliyyə Nazirliyində xidməti yoxlama aparılır.

Yanvarın 6-da sosial şəbəkələrdə 10 yaşlı Nuray Bayramzadənin atasına verilməsi prosesiylə bağlı videogörüntülər yayılıb. Həmin görüntülərdə 10 yaşlı uşağın zorakılığa məruz qaldığı da əks olunur. Bu görüntülər ciddi ictimai rezonans doğurub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG