Keçid linkləri

2017, 20 İyul, Cümə axşamı, Bakı vaxtı 19:14

Zuckerberg yaydığı son manifestdə dünyanı dəyişmək...


Mark Zuckerberg

Mark Zuckerberg dünya əhalisinin 1/4-ni “Facebook”da birləşdirərək, onların əlinə körpə şəkillərindən və memlərdən tutmuş, sosial yeniliklər və zorakılıq hallarına qədər hər şeyi paylaşmağa platforma verib. Beləcə o, müasir dünyanın yaradılmasında iştirak edib.

İndi o bu dünyanı dəyişdirmək istəyir. İzolyasionizmə qarşı çıxan, qlobal əlaqələrə üstünlük verən, sosial problemləri həll etməyə çalışan bir dünya qurmaq istəyir. 2 milyarda yaxın istifadəçisi olan Facebook belə bir onlayn "icmanın" yaradılmasında birləşdirici rolu oynamalıdır.

Buna da bax:​ 8 adamın sərvəti dünya əhalisinin yarısının varına bərabərdir

QLOBAL İCMANI YARATMAQ GÜCÜ VERƏN İNFRASTRUKTUR

“Facebook”un yaradıcısı bu fikirlərini ötən gün yaydığı, biznes-plandan çox utopik sosial yazını xatırladan 5 min 800 sözlük manifestində ifadə edib. "Biz hamımızın istədiyi dünyanı qururuqmu?" – deyə o, sənəddə soruşur.

“Associated Press” xəbər agentliyinə müsahibəsində Zuckerberg deyib ki, o, həmin manifesti yazarkən ABŞ-dakı son seçkilərdən, yaxud hər hansı konkret hadisədən ilhamlanmayıb. Onun sözlərinə görə, artıq dünyanın bir çox yerində “Facebook”un əsas ideyası olan "dünyanı birləşdirmək" artıq yaxşı şey sayılmır.

"Bütün dünyada qloballaşmadan geri qalmış insanlar, qlobal əlaqələrdən kənar durmağa səsləyən hərəkatlar var", – deyə “Facebook”un yaradıcısı qeyd edib.

Zuckerberg “Facebook”u 2004-cü ildə Harward Universitetinin yataqxanasında yaradıb. O qeyd edib ki, "insanlara bizim hamımız üçün yaxşı olan qlobal icmanı yaratmaq gücü verən infrastruktur qurmaq" “Facebook”un öhdəsinə düşür.

Buna da bax: Mark Zuckerberg Facebook-da daxili araşdırma aparır

HAMINI CƏLB ETMƏK

32 yaşlı Zuckerberg müsahibəsində deyib ki, hələ də daha çox bağlılığın dünya üçün düzgün istiqamət olduğuna inanır. "Ancaq əgər bəzi insanlara yaxşıdırsa, digərlərinə yaramırsa, onda bu kifayət deyil. Biz həqiqətən də hamını cəlb etmək istəyirik", – deyə o əlavə edib.

Zuckerberg-in bu fikirləri təəccüblü deyil. Daha çox insanın “Facebook” ətrafında birləşməsi onun ötən il 27 milyard dollara çatmış gəlirlərinin əsas hissəsini təşkil edən reklamların artmasına, şirkətin səhmlərinin bahalaşmasına yol açardı.

Bəzi tənqidçilər müxtəlif tədqiqatlara əsaslanaraq “Facebook”un insanları daha tənha və təcrid durumuna saldığını deyirlər. “Facebook”un məşhur "like" düyməsi insanlar arasında mənalı dialoqu "bir klik" formasında ünsiyyətlə əvəzləyib.

Buna da bax:​ Facebook-un səhvi minlərlə adamı 'öldürüb'

QÜTBLƏŞMƏ

“Facebook” eyni düşüncəyə malik insanlar arasında oxşar postları yaymaqla qütbləşməyə yol açdığına görə də tənqid olunur. "Əks-səda otağı" adlanan bu vəziyyət fikir müxtəlifliyini, siyasi və mədəni fərqlərin ortaya çıxarılmasını çətinləşdirir.

Bu gün “Facebook” istifadəçilərinin 85 faizə qədəri ABŞ və Kanadadan kənarda yaşayır. Kaliforniyada yerləşən "Menlo Park" şirkətinin Amsterdamdan Cakartaya və Tel-Əvivə qədər hər yerdə ofisləri var.

“Facebook” istifadəçiləri səs verməyə, bəzi məsələlərin həllinə ianələr verməyə, təbii fəlakətlər zamanı digər insanlara özlərinin təhlükəsiz yerdə olduqlarını bildirərək yaşamağa davam etməyə sövq edib. Çoxları üçün bu, gündəlik həyatın ayrılmaz hissəsidir. 1,23 milyard adam “Facebook”dan hər gün yararlanır.

Buna da bax: Mark Zuckerberg hamının “video ulduzu” olmasını istəyir

"Bizim növbəti fokusumuz icma üçün sosial infrastruktur yaratmaqdır – bizi dəstəkləmək, qorumaq, bilgiləndirmək, vətəndaş iştirakı və heç kimin kənarda qalmaması üçün", – deyə o yazıb.

UZUNMÜDDƏTLİ PERSPEKTİV

“Facebook”un bu dərəcədə dominant rolu Zuckerberg-in öz şirkətinə və onun dünyadakı roluna uzunmüddətli perspektivdən baxmaq bacarığı ilə bağlıdır. “Myspace” və “Twitter” kimi digər sosial şəbəkələr bu mövqeyə heç yaxınlaşmayıblar belə.

Ötən ilin payızında Zuckerberg və həyat yoldaşı, doktor Priscilla Chan, Chan Zuckerberg Təşəbbüsünün yaradıldığını elan etdilər. Təşəbbüsün məqsədi əsrin sonunadək bütün xəstəliklərin aradan qaldırılmasıdır. Bu məsələdə də Zuckerberg uzaq gələcəyə, hələ təkmilləşdirilməli olan və bəlkə hələ ixtira edilməmiş elmi və texnoloji innovasiyalara baxmağa üstünlük verir.

Buna da bax:​ Facebook saxta informasiyaları işarələyəcək

"Sevimli sitatlarımdan biri Bill Gates-in bu sözləridir: "İnsanlar iki il içərisində görə biləcəkləri işləri həddindən çox şişirdirlər, 10 ildə görə biləcəkləri işləri isə yetərincə dəyərləndirmirlər". Bu, vacib düşüncə tərzidir. Ümid edirəm bu gün daha çox insan belə düşünməyə başlayacaq", – Zuckerberg öz müsahibəsində deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG