Mark Zuckerberg Berlin şəhər bələdiyyəsinin binasında keçirilən sual-cavab sessiyasında elan edib ki, FacebookAndroid proqramından istifadə edən cihazlar üçün Canlı Video proqramının yayınına başlayır.
Əslində şirkət son vaxtlar bu proqramı Apple cihazlarına tətbiq etməklə məşğul idi.
“Canlı Video məni ən çox riqqətə gətirən şeylərdən biridir” – deyib Zuckerberg.
O deyib ki, canlı yayının tətbiqi Facebook istifadəçilərinin öz həyatlarını ətraf dünya ilə daha yaxşı paylaşmasında növbəti addımdır.
Televiziya qədər qüdrətli
Zuckerberg bəyan edib ki, o, “bizim, videonun əsas paylaşma materialı olacağı zəmanəyə qədəm qoyduğumuza” inanır.
Facebook-un rəhbəri bildirib ki, yeni proqram istifadəçilərə televiziya şəbəkələrində olan qüdrəti verəcək.
Xəbər verilir ki, Facebook-un bu addımından əvvəl Tvitter özünün Periscope proqramını istifadəyə vermiş və Meerkat adlı yeni şirkətin qurulmasına başlamışdı.
Bu proqramlar da canlı videodan istifadə etmək imkanı yaradır.
Bununla belə, dünyanın ən nəhəng sosial şəbəkəsi olan Facebook Tvitterdən dörd dəfə böyük istifadəçi ordusuna malikdir.
Media xəbərlərində deyilir ki, Facebook reallıq dəbilqələrindən (reality headsets) tutmuş İnternet yayınlayan təyyarələrədək ən müxtəlif təşəbbüslərlə birinciliyi əldən verməməyə çalışır.
Atalıq hissindən və itindən danışıb
Zuckerberg Berlindəki sual-cavab sessiyasında öz həyatının yeniliklərini də paylaşmalı olub. Burada o atalıq hissinin ecazkarlığından, Beast adlı itinin yeni ailə üzvünə alışmasından söz açıb.
Nifrət yayılması: Zuckerberg qəti şəkildə bildirib ki, Facebook-da nifrətə yer yoxdur.
O bunu da deyib ki, Facebook hələ tam kamil deyil, lakin ziyanlı söhbətlərin aşkar edilməsi sahəsində xeyli iş görür.
Şəxsi sirlər: “Biz burada doğrudan da böyük işlər görməliyik” – deyib baş direktor.
Facebook adamların öz sirlərinin tam sahibi olmaları üçün mümkün olan hər şeyi edir. O əlavə edib ki, bəzən hökumətin və hakerlərin bundan narazı olduqlarını da bilir.
Tvitterin rəhbəri olmaq istəməzdi
O “Tvitterin rəhbəri olsaydı” sualına gülüşlə cavab verib və deyib ki, öz işi heç də az deyil.
Zuckerberg İstagram-ı yada salıb və deyib ki, bu proqram həm məşhurlara, həm də adi adamlara eyni platformanı verə bilib.
O İnstagramın Tvitterdən böyük olmasını deməklə cəncəlli suala cavab vermiş olub.
Süni zəka: “Bu sahədə mən nikbinəm” – deyib Zuckerberg. O bildirib ki, öz evində tamamilə hərtərəfli süni zəka şəbəkəsi yaratmaq niyyətindədir.
O bildirib ki, başqaları kimi süni zəka onu dəhşətə gətirmir.
Dislike düyməsi: O deyib ki, “like” üçün yeni emojilər “dislike” funksiyasına ən yaxın vasitədir.
Reklam: Zuckerberg deyib ki, bu sahədə ilkin olaraq onu reklam materialının keyfiyyəti maraqlandırır.
Virtual reallıq: Zuckerberg deyib ki, VR videodan sonra növbəti addımdır.
O bildirib ki, özünün sual-cavab sessiyalarını 360 dərəcəlik canlı video ilə aparmaq istərdi.
Facebook-un rəhbəri deyib ki, hamı öz “reallıq dəbilqəsini” geyinərək bu sessiyaları seyr edə biləcək.
“Bəlkə bundan beş il sonra, bəlkə də daha tez” – deyib Zuckerberg.