Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:09

Facebook dostlarımız niyə və hara yoxa çıxır?


Britaniyanın Sunshine səyahət şirkəti Facebook dostlarımızın niyə qeybə çəkilməsinin səbəblərini araşdırıb.

Bəlli olub ki, siz dostlarınızı parlament seçkiləri elan olunandan bəri itirməyə başlamısınızsa, səbəbfərqli siyasi baxışlara malik olmağınız ola bilər.

Sunshine şirkəti sözü gedən araşdırma zamanı 2000 britaniyalı Facebook istifadəçisi arasında sorğu keçirib və adamların 2017-ci il ərzində bu sosial mediada kimisə dostluqdan çıxarmasının və ya Facebook dilində deyilsə “unfriend” etməsinin əsas səbəblərini müəyyənləşdirib.

Rəyi soruşulanların 28 faizi bildirib ki, dostluğa son qoymalarının səbəbi fərqli siyasi baxışlar olub.

Bunun ardınca gələn kateqoriya 24 faiz təşkil edib. Bunlar real həyatda olduğu kimi virtual aləmdə də sözü çəp gəlib kiminləsə küsüşənlərdir.

İştirakçılardan 16 faizi adamları ortaq maraqları bölüşdürmədiklərinə və ya maraqsız olduqlarına görə “unfriend” edib.

Respondentlərin 10 faizi deyib ki, dostluqlarında olanlardan bəzilərini real həyatda tanımadıqlarını sonradan başa düşüblər.

Son illərdə Facebook dostluq məsələləri üçün bir neçə yenilik edib və müəyyən alətlər buraxıb. Bu alətlər kimisə dostluqdan çıxarmaq kimi radikal addım atmaqdansa, bu adamların postlarını görməmək, yenə də Facebook terminolgiyası ilə desək, “hide” etmək imkanı verir.

Bu da bəlli olub ki, kimisə “hide” edənlərin böyük bir qismı bunu sadəcə olaraq qibtədən edib.

“Hide” edənlərin 21 faizi deyib ki, onlar müəyyən dostların öz tətil şəkillərini, yeyib-içmək fotolarını ortaya qoymalarını xoşlamırlar.

Postları niyə gizlətdikləri barədə sual verilərkən respondentlərin 88 faizi bu və ya digər dərəcədə paxıllıq etdiyini boynuna alıb.

Respondentlər, postları gizlədilənlərin 19 faizinin “özlərinə qarşı yazıqlıq hissi oyatmaq məqsədli postlar” yazanların olduğunu söyləyiblər.

“Hide” edilənlərin 10 faizi isə şəxsi informasiyalarını həddən-ziyadə paylaşmaqla zəhlə töküb.

Postları gizlədilənlərin 15 faizi “selfie” həvəskarı olmaqlarına qurban gedib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG