Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:47

İqbal Ağazadə həbsdəki jurnalistin məhkəməsində dindiriləcək


Əziz Orucov
Əziz Orucov

«Kanal-13» internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Məhkəmədə şahidlərin dindirilməsi mərhələsidir.

Oktyabrın 24-də keçirilən məhkəmədə iki şahid ifadə verib. Öncə dindirilən Kübra Məmmədova mühasibdir. O, «Kanal-13» və Qafqaz Media Mərkəzi ilə əməkdaşlıq edib. Dediyinə görə, adıçəkilən qurumlarla əməkdaşlığı 2009-cu ildən başlayıb və xidmət müqaviləsi ilə layihələrin icrasında iştirak edib, hesabatlar verib.

«Vergidən yayınma halına rast gəlməmişəm. Mühasib kimi, ayrılan layihələrin hesabatını vermişəm. Həm Avrasiya Əməkdaşlıq Fondundan, həm də QHT-lərə Dövlət Dəstəyi Şurasından layihələrə qrantlar ayrılmışdı. Hesabatlar vaxtı-vaxtında verilib», – K.Məmmədova ifadəsində bildirib.

***Buna da bax-Mirvari Qəhrəmanlı həbsdəki jurnalistin məhkəməsində dindirildi

«Kanal-13»ün Qafqaz Media Mərkəzinin nəzdində yaradıldığını söyləyən şahidin sözlərinə görə, o, layihələrin icrasından asılı olaraq, 100-150 manat arası maaş alıb.

«İŞĞAL ALTINDAKI ABİDƏLƏRİMİZ HAQDA FİLM ÇƏKMİŞİK»

Məhkəmədə dindirilən ikinci şahid isə «Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı» adlı ictimai birliyinin sədri Faiq İsmayılov olub. O deyib ki, Əziz Orucovla layihənin icrası ilə əlaqədar əməkdaşlıq edib:

«Təşkilatımıza layihənin icrası üçün QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant ayrılmışdı. Əziz Orucovla çoxdan tanış idik. Mən onların kanalına müsahibə üçün dəvət edilmişdim. Bundan sonra yaxın münasibətimiz yaranmışdı. Biz layihə çərçivəsində 15-dəqiqəlik sənədli film çəkməli idik. Filmdə işğal altında olan tarixi abidələrimizin vəziyyəti haqda məlumatlar, görüntülər əks olunmalı idi. Buna görə də Əziz Orucova müraciət etdim. O da bu işi layiqincə gördü. Bu işdən ötrü 6 min manata yaxın pul ödəmişəm».

Təşkilat rəhbəri prokurorun sualını cavablayarkən deyib ki, Əziz Orucovdan heç bir şikayət və tələbi yoxdur.

***Buna da bax-Jurnalistin anası: 'Müstəntiq dedi ki, o biri oğlunu, gəlinini də tutarıq...'

Həbsdəki jurnalistin işi üzrə məhkəmədə dindirilməyə başqa şahidlər dəvət olunsa da, gəlməyiblər. Əziz Orucovun məhkəməsində dindiriləsi şahidlər arasında Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə də var.

Şahidlərin gəlməməsi səbəbindən məhkəmə noyabrın 3-nə qalıb.

XATIRLATMA

Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etmir. «Kanal 13»ün rəhbəri, Almaniyada mühacir olan Anar Orucov da bildirib ki, qardaşı onun özünün və rəhbərlik etdiyi media orqanının tənqidçi fəaliyyətinə görə həbs olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG