Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 09:35

Ekspertlər: 'Ət yeyənlər də… vergi ödəməlidir'


Ət

Dünyada ətə tələbat sürətlə artır. Mütəxəssislər ət yeməyə görə vergi tətbiqini təklif edirlər. Onların fikrincə, bu, insanları ifrat istehlakdan yayındırmağın və onlara ət sənayesinin ətraf mühitə vurduğu ziyana görə kompensasiya ödətməyin çıxış yolu ola bilər. Ancaq tənqidçilər düşünürlər ki, bu addım yoxsul insanlara mənfi təsir göstərərdi.

Həm həddindən çox ət yemək, həm də siqaret çəkmək ətraf mühit və sağlamlıq baxımından cəmiyyətə mənfi təsir göstərir. Ət istehsalı zamanı istixana qazları ayrılır. Bundan başqa, hər zülal vahidinə çox böyük torpaq ərazisi və su ehtiyatları sərf olunur. Eyni dərəcədə insanların siqaret çəkməsi də sağlamlıqla bağlı ciddi fəsadlar verir. Sonradan cəmiyyət bu fəsadları ödəməli olur.

Mütəxəssislərin təklif etdiyi ət vergisi insanları boşqablarındakı yeməyə görə daha çox pul ödəməməkdən ötrü vegetarian olmağa həvəsləndirə bilərdi.

Qidaya iqlim vergisi

Təhlilin müəllifləri hökumətlərin müxtəlif vergi sxemləri ilə uğurla dəyişdirə bildiyi üç sahəni nəzərdən keçirib. Daha sonra soruşulur ki, ət istehlakı da bu yolla dəyişdirilə bilərmi? Dünyanın 180-dən çox ölkəsi tütün məhsullarına vergi qoyur. 60 ölkədə karbon vergisi sxemi işə düşüb. Dünyanın azı 25 ölkəsində şəkər vergisi tətbiq olunub.

***Buna da bax-Halal ətin dünyada ən böyük istehsalçısı xristian ölkəsiymiş

Sözügedən hesabatı tərtib etmiş Kənd Təsərrüfatı Heyvanlarına İnvestisiya Riski (FAIRR) Təşəbbüsünün təmsilçisi Rosie Wardle deyir ki, yeni ət vergisi sayəsində toplanan vəsait səhiyyəyə xərclənə bilərdi. O bu təklifin ciddi müzakirə mövzusu olacağına ümid edir.

Danimarka və İsveç kimi şimal ölkələri artmaqda olan dünya əhalisinin ət istehlakının ciddi təhlükə olduğunu ilk tanıyan dövlətlərdəndir. 2016-cı ildə Danimarka Əxlaq Şurası bu sahənin ətraf mühitə təsirini nəzərə alaraq, qırmızı ətə vergi tətbiq olunmasını təklif edib. İsveçdə isə Yaşıllar Partiyası qidaya iqlim vergisi qoyulmasını təklif edib. Partiya hesab edir ki, bu yolla insanların qida seçiminin ətraf mühitə təsirini anlamasına kömək etmək olar.

Əti pambıq bahalaşdırır?
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Oksford Universitetinin «Dünyamız Rəqəmlərdə» layihəsində deyilir ki, ümumdünya ət istehsalı 1961-ci ildən bəri, az qala, beş dəfə artıb. Təkcə Asiyada dünyada istehlak olunan ətin 40-45%-i istehsal olunur. Asiyada 1961-ci ildən bəri istehsal 15 dəfə artıb və onun gələcəkdə də artacağı gözlənilir.

***Buna da bax-'Ət yemək sağlamlığa ziyandır'

Mütəxəssislər deyirlər ki, bu trendlə bağlı narahatlıq tütün, karbon və şəkərdən daha mürəkkəbdir. Belə ki, ət sənayesi təkcə karbon qazları mənbəyi deyil. Qırmızı ətdən həddindən artıq istifadə diabet, xərçəng riskini və antibiotiklərə müqaviməti artırır.

«Elastik tələb»

Ancaq az yeyildikdə, ət insan üçün heç də həmişə ziyanlı deyil. Bundan başqa, aclıq və qida qıtlığının olduğu yerlərdə mal, donuz və ya quş ətinin yeyilməsi çox faydalıdır.

«İstehlakçılar qiymət dəyişikliyinə fərqli reaksiya verirlər. Bəziləri dərhal öz davranışlarını qiymətə uyğunlaşdırır, bəziləri isə öz köhnə vərdişlərinə sadiq qalırlar», – BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ticarət və bazarlar şöbəsinin direktor müavini Josef Schmidhuber «Futurizm» saytına deyib. Onun sözlərinə görə, adətən, daha yoxsul insanlar qiymət dəyişikliyinə daha tez uyğunlaşırlar. İqtisadçılar bu trendi «elastik tələb» adlandırır.

«Buna görə də, mal əti vergisi tətbiq etsəniz, bazardan birinci kimi çıxaracaqsınız? Əlbəttə, daha yoxsul insanları. Özü də bu, pis fikirdir. Çünki siz əslində ət istehlakını artırmağa ehtiyacı olanları cəzalandırırsınız. Buz bu modelə «reqressiv vergi» deyirik», - Schmidhuber söyləyir.

Bundan başqa, mütəxəssis hesab edir ki, ət vergisinin həddindən çox ət istehlak edənlərə təsiri çox az olacaq. Çünki bu kəsimin hər zaman bahalı ət almağa pulu olacaq. Bu mənada bu vergi əslində problemi ağırlaşdıranlardan yan keçəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG