Təhlilçi: Rusiya sıxışdırdıqca, Ermənistan Bakıya yaxınlaşmalı olacaq
Ermənistan yeni konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın yer almayacağını açıqlayıb. Siyasi təhlilçi Ruben Mehrabyanın qənaətinə görə, əgər bu amil Azərbaycan tərəfi üçün yeganə maneə idisə, sözügedən dəyişiklikdən sonra ikitərəfli münasibətlərdə yaxınlaşma gözləmək olar: "Burada fikir ayrılıqlarından ziyadə, ümumi maraq və məqsədlərin olduğunu görürəm. Hesab edirəm ki, Rusiya Ermənistan üçün yeni çağırışlar yaradacaq və Yerevanın bu çağırışlara tab gətirməsi üçün Bakı ilə də müəyyən razılaşmalara ehtiyacı olacaq". Digər tərəfdən, siyasi təhlilçi Cavid Əsədov vurğulayır ki, layihənin təqdim edilməsi hələ konstitusiyanın qəbul olunacağı anlamına gəlmir.
Arxiv
-
Sentyabr 11, 2026Dünyanı dəyişən 11 Sentyabr görüntüləri
-
Sentyabr 02, 2026Putin həqiqətən ordusunu Ermənistandan çıxarmağa hazırlaşır?
-
Sentyabr 01, 2026Ermənistanla Hindistan birgə raket istehsal edə bilər
-
Avqust 10, 2026Üçtərəfli müdafiə paktı: Yaxın Şərqdə İranın əl-qolu bağlanır?
-
Avqust 10, 2026Rusiyadan Ermənistana qaçan Sergey: 'Mən rus fərarisiyəm'
-
Avqust 05, 2026Gürcüstan ali təhsili pulsuz etdi