Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:23

Ermənistan XİN Qarabağ barədə bəyanat yayıb


Ermənistan XİN
Ermənistan XİN

Ermənistan XİN-in bəyanatında “ərazi bütövlüyü” prinsipi barədə heç nə deyilmir

Dağlıq Qarabağ münaqişəsinin kompleks tənzimlənməsi Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini nəzərdə tutur.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu bəyanatı sentyabrın 27-də Ermənistan Xarici İşlər Nazirliyi verib.

44 günlük müharibənin ildönümü ilə bağlı verilmiş bəyanatda Ermənistan XİN bildirir ki, status bu prinsiplərin nəzərə alınması ilə həll olunmalıdır: “inkarolunmaz öz müqəddaratını təyinetmə hüququ, Dağlıq Qarabağ xalqının təhlükəsizliyinin təmin edilməsi, Dağlıq Qarabağın bütün ərazisindən köçkün düşənlərin təhlükəsiz və ləyaqətli bir şəkildə öz yaşayış məntəqələrinə qaytarılması, Azərbaycanın nəzarəti altına düşən ərazilərdə erməni mədəni və dini irsinin qorunması”.

Ermənistan XİN-in bəyanatında “ərazi bütövlüyü” prinsipi barədə heç nə deyilmir:

“Yalnız sülh prosesi çərçivəsində əldə olunmuş razılaşmalar regionda sülh, təhlükəsizlik və inkişafın yeni səhifəsini aça bilər”.

Yerevanın tələbləri

Bəyanatda qeyd olunur ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi tənzimlənməsinin ATƏT-in Minsk qrupunun çərçivəsində və onun mandatı altında bərpa olunmasına tərəfdardır.

Ermənsitan XİN habelə bildirir ki, bu məsələdə ilkin prioritet “hərbi əsirlərin və mülki girovların, itkinlərin” qaytarılmasıdır:

“Ermənistan bundan sonra da Artsax (Qarabağ - red) xalqının hüquqlarının bərpa olunması və müdafisəsində ardıcıl olacaq, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, hərtərəfli və uzunmüddətli həlli, Artsax (Qarabağ-red) ermənilərinin öz vətənlərində azad, təhlükəsiz və ləyaqətli həyat hüququnun təmin olunması üşün səylər göstərəcəkdir”.

Azərbaycan prezidneti İlham Əliyev ötən həftə BMT Baş Assambleyasının iclasında etdiyi çıxışda “Dağlıq Qarabağ adında ərazi-inzibati vahidinin olmadığını” və münaqişənin keçmişdə qaldığını bəyan edib.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Son həftələr isə Gorus-Qafan yolunda (Bu yolun 21 kilometri Azərbaycandan keçir) İran yük maşınlarının saxlanması və onlardan gömrük rüsumunun alınması ilə bağlı açıqlamalar olmuşdu. Elə bundan sonra da İranın hərbi qüvvələrinin Azərbaycan sərhədində hərbi təlimlər keçməsinə dair məlumatlar da yayıldı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG