Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:31

AB rəsmisi: «Ermənistan viza rejiminin sadələşdirməsinə başlamalıdı»


Pyotr Svitalsky və Edward Nalbandian
Pyotr Svitalsky və Edward Nalbandian

AB rəsmisi Ermənistanı viza rejiminin liberallaşdırılmasında vaxt itirməməyə çağırıb

Avropa Birliyinin Ermənistandakı nümayəndə heyətinin rəhbəri səfir Petr Svitalsky Ermənistan hakimiyyətini gözləməməyə və artıq bugündən Ermənistanla Avropa Birliyi arasında viza rejiminin liberallaşdırılması prosesinə hazırlaşmağa çağırıb.

Bu barədə sentyabrın 27-də Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.

Səfir Svitalsky sentyabrın 27-də Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramına həsr edilmiş müzakirələrdə Ermənistanla Avropa Birliyi arasındaəməkdaşlığın perespektivlərindən danışıb, viza rejiminin sadələşdirilməsi prosesini boyük nəaliyyət adlandırıb.

“Bugündən daxili hazırlığa başlayın, çünki Gürcüstan,Ukrayna və Moldova təcrübəsi göstərir ki, hər bir ölkə lazımi tələblərə cavab vermək üçün çoxlu qanunverici və administrativ dəyişikliklər etməlidir. Ona görə də vaxt itirməyin və ev tapşırığını yerinə yetirin, ümid edirəm ki, o gün gələcək.İndi isə gəlin gürcülərə dəstək olaq və onlara viza rejiminin liberallaşdırılmasını həyata keçirməkdə uğurlar arzulayaq. Çünki bu, Ermənistana müsbət təsir göstərəcək ",Svitalsky deyib.

Buna da bax:Avropa Gürcüstana etdiyi güzəştlərdən nə vaxtsa Azərbaycana da edə bilər, amma…

Svitalsky, bu ilin noyabrında Avropa Birliyi ilə Ermənistan arasında imzalanmalı yeni razılaşmaya da toxunub, deyib ki, Brüssel müsbət əhvaldadır.

“Ümid edirəm ki, Brüssel sammitindən sonra Ermənistanla bağlı yaxşı xəbər olacaq” səfir bildirib.

Noyabrın 24-də Brüsseldə Avropa Birliyi “Şərq tərəfdaşlığı”-nın sammiti keçiriləcək.

Bu görüşdə Ermənistanla Avropa Birliyi arasında yeni hərtərəfli və geniş tərəfdaşlıq razılaşması imzalanmalıdır.

Bu razılaşma, Ermənistanın bundan əvvəl imtina etdiyi asosasiya sazişini əvəz etməlidir.

Qeyd edək ki, Ermənistan bu sazişdən imtina edərək Rusiyanın rəhbərlik etdiyi Avrasiya iqtisadi birliyinə qoşuldu.

Sentyabrın 27-də keçirilən müzakirələrin təşkilatçısı, “Qloballaşma və regional əməkdaşlıq mərkəzi” nin direktoru Stepan Grigoryan deyib ki, bu gün belə bir fikir var ki, Ermənistan cəmiyyəti rusiyameyllidir, amma bu heç də belə deyil.

Stepan Grigorian
Stepan Grigorian

Grigoryan deyib ki, yayda onlar sorğu keçiriblər və aydın olub ki, Ermənistan əhalisinin 78 faizi Ermənistanın 2013-cü ildə Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsini mənfi qarşılayır.

Buna da bax:Prezident AB ilə müqavilənin imzalanacağına əmindir

Xatırlatma

Qeyd edək ki, Azərbaycan da Avropa Birliyi ilə «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq, Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlığa üstünlük verirlər. 2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG