Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 08:13

Prezident AB ilə müqavilənin imzalanacağına əmindir


İlham Əliyev

Prezident İlham Əliyev sentyabrın 12-də Avropa Birliyin-in (AB) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunan rəhbəri Kestutis Yankauskasın etimadnaməsini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, Kestutis Yankauskas deyib ki, o, Avropa Birliyi-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylərimi əsirgəməyəcək:

“ Bu, təkcə enerji deyil, eyni zamanda, nəqliyyat, iqtisadiyyatın şaxələndirilməsi, müasir dövlət və cəmiyyət qurulması kimi sahələri əhatə edir”

Prezident İlham Əliyev isə vurğulayıb ki, onlar Avropa Birliyi ilə tərəfdaşlığın səviyyəsindən çox məmnundurlar:

“Avropa Birliyi bizim əsas ticarət tərəfdaşımızdır. Əlbəttə ki, əməkdaşlığımız yalnız ticarət və energetika sahələri ilə məhdudlaşmır, geniş sahələri əhatə edir”

Prezident Azərbaycanla AB arasındatərəfdaşlığa dair yeni sənəd üzərində danışıqların getdiyini də vurğulayıb:
Onun bildirməsinə görə,bu danışıqlar hazırda uğurla davam etdirilir:“Biz bu əməkdaşlığa önəm veririk və Avropa Birliyinə üzv dövlətlərin üçdəbirindən çoxu ilə artıq, strateji tərəfdaşlıq haqqında sənədlər, bəyannamələr imzalanıb və ya qəbul olunub”

Prezident deyib ki, Azərbaycan ilə Avropa Birliyi arasında yeni müqavilənin yaxın zamanlarda imzalanacağına əmindir.

Xatırlatma

K.Jankauskas bu günlərdə Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin edilib. Bundan öncə o, AB-nin Gürcüstanda monitorinq missiyasının rəhbəri olub.

K.Jankauskas AB-nin Bakı nümayəndəliyinin rəhbəri postunda Malena Mard-ı əvəz edib.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq, Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlığa üstünlük verirlər. 2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG