Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 01:28

Avropa Gürcüstana etdiyi güzəştlərdən nə vaxtsa Azərbaycana da edə bilər, amma…


Tbilisi küçələrindən birində
Tbilisi küçələrindən birində

Avropa Parlamenti Şərq Tərəfdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atılmasına tərəfdardır.

Parlamentin tövsiyələrindən ibarət hesabat layihəsində mobil telefonlar üçün rouminq xərclərindən başlamış Rusiyaya qarşı sanksiyalarda tam həmrəyliyə qədər ən müxtəlif aspektlər nəzərdə tutulub.

Bu sənəddə Avropa İttifaqının öz üzvləri arasındakı rouminq tariflərinin Gürcüstan, Moldova və Ukraynaya da şamil edilməsindən, qarşıdan gələn noyabr sammitində, lazım gələrsə Rusiya üzərinə daha çox sanksiyaların qoyulmasından söhbət gedir.

Bundan başqa Avropa Parlamenti assosiasiya sazişi imzalamış ölkələrə daha cəlbedici “Şərq Tərəfdaşlığı+” modelinin tətbiqi təklif olunur. Belə model assosiasiya sazişini imzalamış öılkələrə, bu halda – Ukrayna, Gürcüstan və Moldovaya “birtərəfli güzəştli tariflər”, “rouminq haqlarının ləğvi” və “daha tutumlu internet rabitəsi” kimi güzəştlər verəcək.

AzadlıqRadiosunun tanış olduğu bu sənəddə qeyd olunur ki, belə əlverişli model nə vaxtsa, Şərq Tərəfdaşlığının başqa ölkələrinə - Ermənistan, Azərbaycan və Belarusa da tətbiq oluna bilər, lakin onlar əvvəlcə “daha yüksək öhdəliklərə hazır olduqlarını göstərməlidirlər”.

Ötən iyunda Aİ-nin 28 üzvü arasında mobil telefon rabitəsinin “rouminq haqları” ləğv edilib.

Bu hesabatın layihəsi ilk dəfə olaraq sentyabrın 14-də Avropa Parlamentinin Xarici İşlər Komitəsində müzakirə olunacaq. Avropa Parlamenti Avropa İnvestisiya Bankı ilə birlikdə Ukrayna və tərəfdaşlığın islahatlar sahəsində tərəqqi əldə etmiş başqa ölkələri üçün Avropa İnvestisiya Planının tətbiqinə çalışır.

Hesabatda qeyd edilir ki, Rusiya üzərinə kollektiv təzyiqi saxlamaq üçün Aİ üzvləri vahid hərəkət planına riayət etməlidirlər.

Sənəd habelə Ukraynanın Krım, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Moldovanın Dnestryanı üzərində tam suverneliyinin bərpasını məqsəd qoyur. Hesabatda bildirilir ki, Rusiya bu ölkələrə qarşı təzyiq və təxribatlara son qoymalıdır.

Hazırda layihənin daha bir bəndi üzərində müzakirələr gedir. Layihədə ən çox mübahisə doğuran belə bir ifadədədir: “Avropa İttifaqı Ukrayna, Gürcüstan və Moldovanın bir gün bu blokun tam üzvü olmaq istəyini tanıyır”.

Hələlik məsələnin belə qoyuluşunda Almaniya və Hollandiya tərəddüd keçirirlər.

Bununla belə, Avropa Parlamentinin hesabatında deyilir ki, Avropa İttifaqı nizamnaməsinin 49-cu maddəsinə görə istənilən Avropa ölkəsi onun üzvü ola bilər. Bunun üçün həmin ölkənin Kopenhagen kriteriyasına uyğun gəlməsi tələb olunur. Bu, sözügedən ölkənin demokratiya, təməl azadlıqlar və qanunun aliliyinə tam sadiqliyi deməkdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG