Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 21:16

Ekspert: 'Ermənistan Rusiya silahlarından fərəhlənərək...' [video]


Rusiya və Ermənistanın hərbi əməkdaşlığı güclənirmi?

Bu iki ölkənin birgə qoşun hissələrinin yaradılması barədə keçən il bağlanan saziş artıq Dövlət Dumasına göndərilib.

Dumanın saytında iyunun 28-də yerləşdirilmiş məlumatda deyilir ki, qruplaşma Qafqazdakı kollektiv təhlükəsizlik regionunda yaradılır, məqsəd, birbaşa hərbi hücum hazırlığının vaxtında müəyyən edilməsi, ümumi sərhədlərin qurudakı hissəsinin qorunması, hava hücumundan müdafiə, radioelektron və informasiya infrastrukturunun müdafiəsini nəzərdə tutur.

Buna da bax:​ Yerevanda narazıdırlar: 'Təhlükəsizliyimizi diversifikasiya etməliyik'

1998-1999-ci illərdə xarici işlər naziri olmuş Tofiq Zülfüqarov deyir ki, Azərbaycan hakimiyyəti gərək Rusiyadan cavab alsın:

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

“Tərkibi təxminən iki hissədən ibarət olacaq. Ermənistanda yerləşən Rusiya hərbi bazası və Ermənistanın 4-cü korpusunun hissələri. Guya ki, bu hissələr əsasən Naxçıvan ətrafında yerləşir. Bu baxımdan hesab edirəm ki, bu qərar Azərbaycan tərəfdən sorğulanmalıdır və Rusiyadan siyasi cavab almalıdır ki, bu birləşmə kimə qarşıdır, hansı hallarda istifadə oluna bilər”.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti gün ərzində telefon zənglərimizə cavab vermədi.

Buna da bax:​ NATO Cənubi Qafqazda silahlanma yarışından narahatdır

Keçmiş nazir Tofiq Zülfüqarov isə deyir ki, Rusiya-Ermənistan birgə qoşun hissələri Ermənistanın istəyi ilə yaradılır - keçən il aprel döyüşlərində Ermənistan narazılıq bildirmişdi ki, Rusiyanın yaratdığı MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı heç bir yardım göstərməyib. Rusiya da bu əməkdaşlıq üçün hüquqi baza hazırlayır. Bəs birgə qoşun hissələri Qarabağda, Azərbaycana qarşı vuruşa bilərmi?

Tofiq Zülfüqarov deyir ki, bunun baş verəcəyi real deyil- çünki rəsmi qaydada Azərbaycana qarşı vuruşmaq Rusiya üçün ən azı öz ictimaiyyətində problemlər yaradar.

“Azərbaycan Rusiya ictimaiyyətinə yönəlik siyasi kampaniya apara bilər- bu sualla ki, Rus anaları oğullarını Qarabağa göndərməyə hazırdırmı?

Bu da reallığı göstərəcək ki, Rusiya heç bir halda hərbi əməliyyatlarda birbaşa iştirak edə bilməz”.

Buna da bax:​ Duma “Rusiya-Ermənistan birgə qoşunu” barədə qanunu qəbul etdi

Tofiq Zülfüqarov deyir ki, Rusiya bu addımı atmaqla hər şeydən əvvəl Ermənistanda nüfuzunu bərpa etməyə çalışır.

Ermənistanda Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Manvel Sargsian deyir ki, Ermənistan ictimaiyyətinə hələ aydın deyil ki, bu əməkdaşlıq çərçivəsində hansı addımlar atılacaq.

Manvel Sargsian
Manvel Sargsian

Sargsian deyir ki, Rusiya eyni dərəcədə Azərbaycanla da əməkdaşlıq edir, ona silah satır – məqsədi isə regionda nəzarəti əldə saxlamaqdır.

Buna da bax:​ Erməni-rus birgə qoşunu Qarabağa girə bilər?

Bakıda Sülh və Münaqişələrin həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyir ki, hərbi əməkdaşlıq, hərbi təlimlər Ermənistan Ordusunu gücləndirəcək. Onun sözlərinə görə, ilk dəfədir ki, iki ölkə belə birgə qüvvə yaradılır və bu, Rusiyanın Ermənistan müttəfiqliyinin güclənməsi, “İskander” silahı layihəsinin davamıdır:

Elxan Mehdiyev
Elxan Mehdiyev

“Onlar qapalı divarlar arxasında Ermənistana ən modern silahları verdilər. Nüvə başlıqları daşıya bilən və strateji silah sayılan “İskander” raketi verməklə Ermənistanı ümumiyyətlə danışıqlar masasından çıxartdılar. Ermənistan bu silahlardan fərəhlənərək keçən ilin avqust ayından heç bir danışıqlara getmir”.

Elxan Mehdiyev xatırladır ki, İsgəndər raketi hətta Bakını da hədəfə ala biləcək silahdır.

Buna da bax: Ekspert: “Rusiya Ermənistana İskander verməklə münaqişənin hərbi yoluna son qoyub”

Beynəlxalq Böhran Qrupunun münaqişə ilə bağlı bu ilin fevralında yaydığı hesabatında Rusiyanın liderliyi ələ aldığı, Qarabağ münaqişəsinin həlli üçün aparılan sülh danışıqlarına vasitəçilik edən Minsk Qrupunun digər iki həmsədri, ABŞ və Fransanın da buna qarşı çıxmadığını bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG