Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:48

NATO Cənubi Qafqazda silahlanma yarışından narahatdır


James Appathurai
James Appathurai

«NATO üzvü olan bütün ölkələr Cənubi Qafqaz regionunda silahlanma yarışından narahatdır», – deyə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda xüsusi təmsilçisi James Appathurai iyunun 13-də Yerevanda bildirib. Bu haqda AzadlıqRadiosunun erməni xidməti yazır.

«Durum xüsusən də ona görə narahatlıq doğurur ki, paralel olaraq siyasi gərginlik və düşmənçilik halları artır. Bildiyiniz kimi, NATO müttəfiqi olan iki ölkə – ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləridir. Biz həmsədrlərin bəyanatlarından görə bilirik ki, onlar münaqişənin dinc yolla nizamlanmasına sadiqdirlər. Ümumiyyətlə, NATO-nun siyasəti gərginliyin və toqquşmaların azaldılmasına, sülh yoluyla həllə can atmağa yönəlib», – deyə Appathurai qeyd edib.

«NARAHATLIĞIMIZ ARTIB»

NATO nümayəndəsi 2016-cı ilin aprel müharibəsindən sonra yaranmış vəziyyətə də toxunub.

«Biz bu regiondakı durumu çox diqqətlə izləyirik, daim yeni məlumatlar əldə edirik. Düzünü desəm, hazırda həm alyansın ayrı-ayrı üzvləri, həm də bütövlükdə NATO ilə bağlı narahatlığımız artıb. Məndən də yaxşı bilirsiniz ki, son il ərzində böyük hərbi aktivliyin şahidi olmuşuq, ölənlər və yaralılar olub, daha çox müharibəyə çağıran şüarlar səslənib», – deyə o bildirib.

J.Appathurai əlavə edib ki, NATO Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə bilavasitə cəlb edilməyib, ancaq alyans ATƏT-in Minsk qrupunu dəstəkləyir.

Erməni sülhməramlıları
Erməni sülhməramlıları

«Mövqeyimiz ATƏT-in Minsk qrupunu dəstəkləməkdən ibarətdir. Həm hər iki dövlətin, həm də Minsk qrupunun münaqişənin sülh yoluyla nizamlanması yönündə addımlarını qeyd-şərtsiz dəstəkləyəcəyik», – deyə Appathurai qeyd edib.

ƏNGƏL DEYİL

J.Appathurai NATO-Ermənistan əməkdaşlığını yüksək dəyərləndirib və qeyd edib ki, NATO Ermənistanın balanslı xarici siyasətinə sayqıyla yanaşır.

«Ümumilikdə, Ermənistanın balanslı xarici əlaqələrinə hörmətlə yanaşırıq. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İqtisadi Birliyindəki üzvlüyünü qətiyyən maneə kimi görmürük. NATO üçün Ermənistan etibarlı tərəfdaş olub və qalmaqdadır», – deyə o vurğulayıb.

Eyni zamanda, Appathurai münasibətlərin inkişafı baxımından «kəskin sıçrayışlar» gözləmədiyini söyləyib.

«Əməkdaşlığımız davam edir. Düzünü desəm, kəskin irəliləyiş görmürəm və düşünmürəm ki, Ermənistanın da belə bir niyyəti var. Biz uyğun görülən bütün istiqamətlərdə sabit əməkdaşlığı və praktik işi davam etdirəcəyik», – deyə NATO nümayəndəsi qeyd edib.

AB İLƏ SAZİŞİ ALQIŞLAYACAQLAR

J.Appathurai bildirib ki, NATO Ermənistan Silahlı Qüvvələrinə gender bərabərliyi, müdafiə təhsilinin yaxşılaşdırılması və korrupsiya ilə mübarizə istiqamətlərində yardımı davam etdirəcək.

O həmçinin bildirib ki, NATO üzvləri Ermənistanın Avropa Birliyi ilə yeni çərçivə sazişini alqışlayacaqlar və bu, Yerevanın Qərblə münasibətlərinin inkişafına kömək edəcək.

J.Appathurai bundan başqa vurğulayıb ki, NATO Əfqanıstan və Kosovodakı sülhü qoruma əməliyyatlarında davamlı iştirakına görə Ermənistana minnətdardır. O əlavə edib ki, bu yaxınlarda Brüsseldə NATO-nun Əfqanıstandakı Dəstək Missiyasında iştirak edən ölkələrin müdafiə nazirlərinin görüşü keçiriləcək və Ermənistanın müdafiə naziri Vigen Sargsyan bu görüşə qatılacaq.

NATO Baş katibinin Cənubi və Mərkəzi Asiyada xüsusi nümayəndəsi James Appathurai Ermənistanda ikigünlük səfərdədir. Bu gün – iyunun 13-də o, ölkənin müdafiə və xarici işlər nazirləriylə görüşlər keçirib. Onun sabaha Ermənistan prezidenti Serzh Sarkisian və Milli Məclisin sədri Ara Babloyan-la görüşləri planlaşdırılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG