Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:13

Ermənistanda deputatlar yenə dalaşdılar


Ermənistan parlamenti, 25 avqust, 2021-ci il
Ermənistan parlamenti, 25 avqust, 2021-ci il

Parlamentin spikeri Alen Simonyan zala təhlükəsizlik əməkdaşlarını çağırıb, iclasda fasilə elan olunub

Avqustun 25-də Ermənistan parlamentində yenidən gərginlik yaranıb. Müxalifətin “Ayastan” fraksiyasından deputat Vaqe Akopyan hökumətin proqramını kurs işiylə müqayisə edib.

“Bir şeyi nəzərə almırsınız ki, populizmdən, gözəl sözlərdən, sağlıq və şüarlardan uzunmüddətli proqram tərtib edə bilməzsiniz, bu, kurs işi təsiri yaradır, onunla xalqı yedizdirə bilməzsiniz, hər şeyin həddi var”, – Akopyan vurğulayıb.

Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından deputatlar ona reaksiya verincə Akopyan onları söyüb. Söyüşmə, dava-dalaş başlayan kimi fasilə elan olunub.

Təhqiqat predmeti

Baş Prokurorluq isə bildirib ki, avqustun 25-də parlamentdə baş verən insidentlər təhqiqat predmeti olacaq. Bugünkü iclasın videogörüntüsünü tədqiqi ayrı-ayrı deputatların hərəkətlərinin qanunverici orqan təmsilçisinə layiq olmadığını, iclasa qatılanlara, eləcə də onu izləyən vətəndaşlara hörmətsizlik göstəridiyini ortaya qoyub, qurum bildirir.

Baş Prokurorluq sözügedən videogörüntülərə hüquqi qiymət verilməsi üçün Xüsusi İstintaq Komitəsinə göndərildiyini qeyd edir.

***

Avqustun 25-də Ermənistan parlamentində yenə qalmaqal yaşanıb. Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Ayk Sarqsyan parlament tribunasından ölkənin müdafiə nazirlərinin hamısını xainlər adlandırıb. Deyib ki, onların vaxtında adamları hərbi xidmətdən pulla, telefon zəngilə azad ediblər.

Ermənistan yeni dronlar istehsalı vəd edir
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

“Hazırlığa daha 10 ilimiz qalardı”

“Əgər ordu 2008-ci ildən sonra 2018-ci ildən sonrakı templə inkişaf etsəydi, əminəm ki, belə fəlakətli nəticələr baş verməzdi, hazırlığa daha 10 ilimiz qalardı. Bu gün rəsmən bəyan edirəm ki, adamların hərbi xidmətdən pulla, telefon zəngi ilə azad edildiyi müdafiə nazirlərinin hamısı vətən xainləridir. Söhbət bütün zamanlardan gedir”, – Sarqsyan deyib.

Zaldan ona cavab veriləndə Sarqsyan qayıdıb ki, “ara, sənə deyirəm?”

Bundan sonra Sarqsyana su butulkası atıblar. Bundan sonra deputatlar zalın ayrı-ayrı yerlərindən bir-birinə su butulkaları atmağa başlayıblar.

Parlamentin spikeri Alen Simonyan zala təhlükəsizlik əməkdaşlarını çağırıb, iclasda fasilə elan olunub.

Parlament hökumətin 2021-2026-cı illər üzrə fəaliyyət proqramını müzakirə edir. Çıxış üçün 50 deputatın qeydiyyatdan keçməsinə baxmayaraq dünən günün sonunadək onların yalnız üçü çıxış edə bilib.

Dünən də qalmaqal olub

Dünənki müzakirə də insidentsiz ötüşməyib. Müxalifətin “Şərəfim var” fraksiyasından Anna Mkrtçyan zaldan güclə çıxarılıb. Təhlükəsizlik xidməti əməkdaşları ilə müxalifətin “Ayastan” fraksiyasından Artsvik Minasyan arasında çəkişmə olub.

Avqustun 25-də Baş nazir Nikol Paşinyan parlamentdə yekun çıxışı etməlidir.

Ermənistan müxalifəti Azərbaycanla ötənilki 44 günlük müharibənin nəticələrinə görə Paşinyan hökumətini ittiham edir. Azərbaycan müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Paşinyan bu ilin əvvəlində müxalifətin təzyiqilə istefa verdi və 20 iyun seçkisində yenidən qalib gələrək hökumət qurdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG