Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 16:17

Erməni deputat Yerevan və Moskva arasında gərginlik olmadığını deyir


Vigen Xaçaturyan
Vigen Xaçaturyan

Ermənistan parlamentinin iqtidaryönlü millət vəkili Qarabağdakı Rusiya sülhməramlıları məsələsində Yerevan və Moskva arasında fikir ixtilafı olmasına dair iddiaları rədd edib.

Bu iddialar Qarabağda ötən həftə baş vermiş qanlı toqquşmalardan sonra səslənmişdi.

Baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Vigen Xaçaturyan avqustun 8-də deyib ki, Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı Yerevan və Moskva arasında “gərginlik” və ya “fikir ayrılığı” yoxdur.

Avqustun ilk günlərində Ermənistanı Qarabağa birləşdirən Laçın dəhlizi boyunca erməni və Azərbaycan silahlı qüvvələri arasında toqquşmalar baş verib.

Ötən həftə baş vermiş toqquşmalarda iki erməni və bir azərbaycanlı əsgərin həlak olduğu xəbər verilmişdi.

Avqustun 4-də Ermənistan Azərbaycanı atəşkəsin pozulmasında ittiham etmiş, Nikol Paşinyan isə Rusiyanın sülhməramlı əməliyyatına “düzəliş” edilməsinə çağırmışdı.

Azərbaycan atəşkəsi pozmasına dair Ermənistanın ittihamlarını rədd edib və Yerevanı üçtərəfli bəyanatın şərtlərini pozmaqda günahlandırıb.

Söhbət hansı məktubdan gedir

Paşinyan təklif etmişdi ki, Qarabağdakı Rusiya sülhməramlılarına “daha geniş beynəlxalq mandat” verilsin:

"Əgər biz görsək ki, həll üçtərəfli bəyanat formatında alınmır, onda əlavə beynəlxalq mexanizmlərin işə salınması barədə düşünməliyik”.

Ertəsi gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Moskva Paşinyandan sülhməramlı qüvvələrin mandatının dəyişdirilməsinə dair heç bir konkret təklif almayıb.

O demişdi ki, Rusiya sülhməramlıları ərazidə vəziyyətin stabilləşdirilməsi üçün bütün səylərini göstərir.

Lakin Ermənistan XİN-in sözçüsü Vahan Hunanyan avqustun 5-də deyib ki, Yerevan Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı narahatlıqlarını Moskvaya hələ 2021-ci ilin fevralında çatdırıb.

Ermənistan XİN həmin məktubun təfərrüatları barədə məlumat verməyib.

“XİN bu sənədi açıqlamamılıdır”

Ermənistan və Rusiya rəsmiləri arasında belə deyişmə Yerevan və Moskvanın münasibətlərində gərginliyin yarandığəna dair söz-söhbətə rəvac vermişdi.

Lakin deputat Xaçaturyan avqustun 8-də bildirib ki, burada söhbət daha çox anlaşılmazlıqdan gedir:

"Mən düşünmürəm ki, Xarici İşlər Nazirliyi bu sənədin bütün təfərrüatlarını açıqlamalıdır. İndiyədək bu barədə deyilənlər yetərlidir”.

Daha sonra avqustun 8-də xəbər verilmişdi ki, prezident Vladimir Putin və Paşinyan Qarabağda yaranmış vəziyyəti telefon söhbətində müzakirə ediblər.

Parlamentdəki Hayastan müxalifət fraksiyasının deputatı Geğam Manukyan deyib ki, Ermənistanın Rusiya sülhməramlı kontingentinin səmərəliliyini necə artırmaq istədiyi aydın deyil:

"Biz ilk növbədə Rusiya sülhməramlı kontingentinin sayca artırılması məsələsini müzakirə etməliyik. İkincisi biz Rusiya qüvvəsindən necə istifadə olunması məsələsinə baxmalıyıq”.

Müdafiə nazirliyi Qarabağda bir sıra yüksəkliklərin nəzarətə alındığını bildirir
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona ( Kəlbəcər rayonu daxil) nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG