Keçid linkləri

2026, 25 Oktyabr, bazar, Bakı vaxtı 11:48

Paşinyanın partiyasından olan deputat Rusiyaya buraxılmadı

Lusine Badalyan
Lusine Badalyan

Hakim "Vətəndaş Müqaviləsi" partiyasından Ermənistan parlamentinin deputatı Lusine Badalyanın Rusiyaya girişinə qadağa qoyulub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb.

Badalyan oktyabrın 15-də Sankt-Peterburqda keçiriləcək MDB Parlamentlərarası Assambleyasının komissiya iclasında iştirak etməli imiş.

"Mənə Rusiya Federasiyasına girişimin qadağan olunduğu bildirildi və ölkəyə buraxılmadım. Səbəbi bəlli deyil", – deyən deputat baş verənləri "qəribə və narahatedici vəziyyət" adlandırıb.

Rusiyanın təbliğat resursu olan "Sputnik Ermənistan" yazır ki, Badalyan əvvəllər dəfələrlə Rusiya əleyhinə bəyanatlar verib. O, xüsusilə Rusiya telekanallarının Ermənistanda yayımlanmasının əleyhinə çıxıb.

AzadlıqRadiosunun erməni xidməti xatırladır ki, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyasından olan deputatlar Rusiyaya gedərkən və ya bu ölkədən tranzit keçərkən ilk dəfə deyil ki, problemlə üzləşirlər.

Deputat Marina Kazaryan 2026-cı ilin martında bildirib ki, Rusiya aviaşirkəti onun Aşqabada olan uçuş biletlərini ləğv edib. O, işgüzar səfər məqsədilə Rusiyadan keçməklə Türkmənistanın paytaxtına getməli idi.

2025-ci ilin iyununda isə "24News" agentliyi diplomatik mənbələrə istinadən Xaçatur Sukiasyanın Rusiyaya girişinə qadağa qoyulduğunu yazmışdı. Həmin vaxt Sukiasyan "Vətəndaş Müqaviləsi" partiyasından deputat idi.

​
XS
SM
MD
LG