Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:41

Hay-küylə işə başlayan baş nazirin 100 günü


Karen Karapetian, 11 noyabr 2016
Karen Karapetian, 11 noyabr 2016

Müxaliflər deyirlər ki, erməni toplumu yeni baş nazirə bel bağlamır və bu inamsızlıq onun gördüyü işlərdən qaynaqlanır.

Ermənistanda baş nazirin vəzifədə olduğu ilk 100 gün tamamlanıb. Bu müddətdə onun işindən çox narazı qalan da var, razı olan da.

Razı qalan iqtidardır. Hakim Respublika Partiyası parlament fraksiyasının katibi

Gagik Melikian, 21 oktyabr 2014
Gagik Melikian, 21 oktyabr 2014

baş nazir kimi Karen Karapetian-ın fəaliyyətini birmənalı yüksək qiymətləndirir. O, AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, gömrük və verginin yüngülləşdirilməsində, “səmərəsiz xərclərin”, kölgə iqtisadiyyatının azaldılması yönündə konkret addımlar atıldığı sezilir:

“Bu, yəqin, 100 gündə yerinə yetirilməsi mümkün olan işlərdir”. G. Melikian-ın fikrincə, baş nazirin bölgələrdə keçirdiyi görüş və verdiyi təkliflər də 2017- 2018-ci illərdə öz bəhrəsini verəcək.

Baş nazir kölgə iqtisadiyyatını nə qədər azalda bilib? Bu sualı G. Melikian belə cavablayıb ki, kölgə iqtisadiyyatının xüsusi çəkisini heç kim deyə bilmədiyindən, onun nə qədər azaldığını da söyləmək mümkün deyil:

“Çap olunan rəqəmlər onu yayanların, sponsorların təxmini hesablamalırdır. 30%, 40%, 20 %, 10 %... kim necə istəyir, elə də yazır. Bu elə bir sahədir ki, konkret rəqəmdən danışmaq çox çətindir. Hökumətsə, məncə, heç olmasa, minimum miqyasdan məlumatlı olmalıdır. Tam məlumatı olsa, əminəm ki, kölgə iqtisadiyyatının tam ləğvi yönündə addımlar atılacaq”.

“Bu, rəzalətdir!”

Ermənistanda müxalifət etiraz edir, 26 iyul 2016
Ermənistanda müxalifət etiraz edir, 26 iyul 2016

Hakim partiya təmsilçisindən fərqli olaraq, müxalifət nümayəndəsi Aram Manukian baş nazirin ilk 100 gününü “uğursuz” sayır:

“Bu eniş dövrü, reytinqin sürətlə düşdüyü dövr idi. Ümidlərin xəyal qırıqlığına uğradığı, ümidlərin öləzidiyi 100 gün idi və bütün bunlar Ovik Abramian-ın, Tigran Sarkisian-ın zamanında olduğundan daha sürətlə baş verdi. Axı o birilər vəzifələrinin başına sakit, rahat şəkildə keçmişdilərsə, Karen Karapetian çox böyük hay-küylə işə başladı və çox qısa zamanda öz üstündən xətt çəkdi. Bu, kibrit alovu idi – alışdı və söndü”.

Aram Manukian-ın sözlərinə görə, erməni toplumu yeni baş nazirə bel bağlamır və bu inamsızlıq onun atdığı real addımlardan qaynaqlanır:

“Başqa sözlə, bu xəyal qırıqlığı havadan gəlməyib, yalnızca psixoloji amil deyil. Parlamentə dövlət büdcəsi layihəsi daxil olub. Büdcədə nə maaş, nə müavinət, nə də təqaüd artımı var, hər şey olduğu səviyyədə qalıb”.

Müxalifət təmsilçisi vergi daxilolmaları ilə bağlı rəqəmi “biabırçılıq” adlandırır:

Dram
Dram

“Bu, qətiyyən şişirtmə deyil, hökumət özü açıqladı ki, vergi daxilolmaları, sadəcə, 0,3 faiz artıb. Bu, rəzalətdir. Üstəlik, 100 günün ən qaranlıq, ən xoşagəlməz tərəfi bu oldu ki, onlar kütləvi şəkildə Respublika Partiyasına üzv yazıldılar”.

“Seçkiöncəsi şoudur”

İrs Partiyası sədrinin müavini Armen Martirosian bildirib ki, yeni baş nazirin nə uğurundan, nə də uğursuzluğundan danışmaq olar. Onun sözlərinə görə, indi baş verənlər seçki kampaniyasını xatırladır:

“Bu, seçkiöncəsi şoudur, vəssalam. Yumorla danışası olsaq, bizim dükanlarda banan neçəyə idisə, həmin qiymətə də satılır, heç bir fərq yoxdur. İdarəetmə özü dəyişməyənədək ayrıca bir komponent köklü islahatları gerçəkləşdirə biılməz”.

Armen Martirosian, 15 noyabr 2015
Armen Martirosian, 15 noyabr 2015

Qazın, işığın qiymətinin aşağı salınmasına gəlincə, A. Martirosian deyir:

“Bu da seçkiöncəsi endirimlərdir, başqa bir şey deyil. “Axı onları bizə qiymətindən baha satırlar”.

Çiçəklənən Ermənistan fraksiyasının üzvü Lyov Khachaturian-ın fikrincə, işdən çox söz eşitdiklərindən, hələ qiymətləndirmək üçün tezdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG