Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:11

Erməni futbol azarkeşləri Monteneqroda hücuma məruz qalıb


Monteneqro. Monteneqro futbol fanatları erməni azarkeşlərə hücum edib, 11 iyun 2017
Monteneqro. Monteneqro futbol fanatları erməni azarkeşlərə hücum edib, 11 iyun 2017

Şənbə günü Ermənistan milli komandasını dəstəkləmək üçün Monteneqroya yola düşmüş erməni futbol azarkeşləri hücuma məruz qalıblar. "Birinci erməni cəbhəsi - FAF" fan klubunun üzvləri olan azarkeşlərdən biri xəstəxanaya yerləşdirilib, birini isə polis saxlayıb.

40 nəfərdən ibarət azarkeşlər qrupu, hələ ki, Ermənistana qayıtmayıb. FAF klubunun lideri Sergey Janjoyan AzadlıqRadfutboliosu-nun erməni xidmətinə bildirib ki, hücum onlar stadionu tərk edən zaman gözlənilmədən baş verib.

Buna da bax:​ Movsisian ümid edir ki, DÇ-2018-ə Ermənistan yığması da düşə biləcək

“BAYRAĞI ƏLİMİZDƏN ALDILAR”

«Oğlanlar, qızlar, uşaqlar... xaotik hərəkət edirdik. Biri dostuyla söhbət edirdi, o birinin qucağında uşaq vardı. Hücum oldu, birinci dəfə bayrağı əlimizdən aldılar, bizi ələ salmaq üçün yuxarı qaldırıb çevirdilər. Bəzi hərəkətlər etməyə, ardınca təhqirlər yağdırmağa başladılar. Bayrağı əlimizdən alandan sonra biz də onları təbillə vurduq, toqquşma oldu», – deyə Janjoyan danışıb.

FAF-ın təsisçisi Arsen Janjoyan
FAF-ın təsisçisi Arsen Janjoyan

Xəstəxanaya yerləşdirilmiş azarkeş artıq oradan çıxıb, saxlanılmış azarkeşi isə polis qısa müddətdən sonra sərbəst buraxıb.

FAF nümayəndəsinin sözlərinə görə, insident məşqçilərin mətbuat konfransıyla eyni vaxtda baş verib. Ona görə də erməni və yerli KİV-lər hadisə yerində olmayıblar.

Jonjoyan-ın sözlərinə görə, oyun zamanı tribunalarda gərginlik yaşanmayıb. Ancaq görüşdən sonra elan edilib ki, erməni azarkeşlər stadionu 30 dəqiqədən sonra tərk etməlidirlər.

Buna da bax: Ermənistan millisindən ardıcıl 3-cü məğlubiyyət

“HAZIR İDİLƏR, GÖZLƏYİRDİLƏR”

«Bizi daha çox, 35 – 40 dəqiqə saxladılar. Bundan sonra avtobusumuza doğru hərəkət etməli olduğumuz əsas küçə tamamilə təmizləndi və bu zaman hücum baş verdi. Onlar nəyinsə baş verəcəyinə hazır idilər, onlar gözləyirdilər. Toqquşma 5 - 6 dəqiqə davam etdi. Bundan sonra polis tərəfləri ayırmadı, hər iki tərəfi zərbələr vuraraq qovmağa başladı», – FAF klubunun lideri deyir.

Bazar ertəsi günü erməni azarkeşlərdən heç kəs Monteneqro polisinə çağırılmayıb.

Ermənistan XİN Monteneqro hökumətindən insidentlə bağlı izahat tələb edib. XİN mətbuat katibi Tigran Balayanın sözlərinə görə, rəsmi Podqoritsa günahkarların cəzalandırılacağını bildirib.

Buna da bax:​ Ermənistan AB ilə yeni sazişə hazırlaşır-Rusiyanın mövqeyi nəzərə alınıbmı?

Tigran Balayan
Tigran Balayan

«Monteneqro hökumətinin rəsmi məlumatına görə, insident Monteneqronun iki yetkinlik yaşına çatmamış vətəndaşı və biri kişi, digəri qadın olan iki Ermənistan vətəndaşı arasında baş verib. Kişinin gözünün bir hissəsi zədələnib, ona dərhal tibbi yardım göstərilib. Yetkinlik yaşına çatmayanlar barəsində isə heç bir şikayət daxil olmayıb. İstənilən halda, Monteneqro qanunvericiliyinə görə, həmin yetkinlik yaşına çatmamış şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub», – deyə Balayan AzadlıqRadiosu-nun erməni xidmətinə bildirib.

“AZARKEŞLƏRƏ KÖMƏK ETMƏYƏ HAZIRIQ”

Ermənistan xarici işlər idarəsinin mətbuat katibi həmçinin vurğulayır ki, XİN hadisələrin gedişini diqqətlə izləyir, yerli hökumətə əlaqədədir və zərurət yaranarsa, hələ Ermənistana qayıtmamış azarkeşlərə kömək etməyə hazırdır.

Buna da bax: Ermənistan millisinin üzvü "Beshiktaş"da

«Monteneqroda akkreditasiya olunmuş səfirlik oradakı erməni icmasının köməyilə bizim futbol azarkeşləri ilə əlaqədədir. İnsidentə vətəndaşlarımız cəlb olunduğuna görə, onlara yardım bizim birbaşa funksiyalarımıza daxildir», – deyə Balayan bildirilib.

Şənbə günü keçirilmiş oyunda Ermənistan 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatına vəsiqə almağa ümid edirdi. Ancaq ev sahibləri tərəfindən 4:1 hesabı ilə məğlubiyyətə uğradılan Ermənistan hazırda 6 xalla seçmə qrupunda axırdan əvvəlki yeri tutur. Sonuncu dörd oyundan öncə Ermənistan yığması qrupun lideri Polşadan 10 xal, ikinci keçid səviyyəsində olan komandalardansa 4 xal geri qalır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG