Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 12:24

Ermənistan AB ilə yeni sazişə hazırlaşır-Rusiyanın mövqeyi nəzərə alınıbmı?


Serzh Sargsyan ,Eeronews-a müsahibə verir, mart 2017

...Rusiyanın xeyir-duası ilə

Ermənistan Avropa Birliyi ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi üzrə apardığı danışıqları başa çatdırıb. Bununla əlaqədar prezident Serj Sargsyan Brüsselə səfər edib. "Euronews" kanalı may ayında imzalanması gözlənilən bu Sazişlə bağlı Ermənistan prezidentindən müsahibə alıb. AzadlıqRadiosunun erməni xidməti bu haqda yazır.

Euronews: Bu Çərçivə Sazişi 2013-cü ildə Ermənistanın imzalamaqdan imtina etdiyi Assosiasiya Sazişi ilə müqayisədə irəliyə, yoxsa geriyə addımdır?

Serj Sargsyan: Hər iki tərəfin xoş məramı sayəsində yeni saziş əvvəlkindən o qədər də fərqlənmir. Siyasi baxımdan, demək olar ki, heç bir fərq yoxdur. İqtisadi nöqteyi-nəzərdən, biz, əlbəttə ki, üzv olduğumuz Avrasiya İqtisadi İttifaqı üzrə üzərimizə düşən öhdəliklərlə bu Sazişin müddəalarının hər hansı ziddiyyət təşkil etməməsinə çalışdıq.

Euronews: Rusiya vaxtilə Ermənistanın, habelə Ukraynanın Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalamasına qarşı çıxmışdı. İndi Rusiyanı razı salmaq üçün bu Sazişi yumşaltmaq məcburiyyətində qaldınızmı?

Rusiya, Kreml
Rusiya, Kreml

"RUSLAR BİZƏ HEÇ VAXT DEMƏYİBLƏR Kİ, BİZ BELƏ BİR SAZİŞ İMZALAYA BİLMƏRİK"

Serj Sargsyan: Saziş üzrə danışıqlara başlayandan anlayırdıq ki, biz eyni vaxtda həm Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalaya, həm də Avrasiya İqtisadi İttifaqında sıx inteqrasiya edə bilərik. Ruslar bizə heç vaxt deməyiblər ki, biz belə bir saziş imzalaya bilmərik. Onlar, sadəcə, bildiriblər ki, istəsək, bu sazişi imzalaya bilərik, ancaq onda bizə verilən enerjidaşıyıcılarının dəyərini dünya bazarındakı qiymətlə ödəməli olacağıq.

Euronews: Avrasiya İqtisadi İttifaqı gələcəkdə Avropa Birliyinə alternativ bir qurum ola bilərmi?

Serj Sargsyan: Fikrimcə, alternativ ola biləcək səviyyəyə çatması üçün hələ çox tezdir. Amma məncə, bu iki blok arasında rəqabətdənsə, onlar arasında əməkdaşlıqdan danışmaq daha yaxşı olar. Biz öz nümunəmizlə bunun mümkün olduğunu göstəririk.

Euronews: Siz Avropa Birliyinə nə təklif edə bilərsiniz? Futbolçu Mhitaryan yaxşı ixracdır, bəs başqa nə?

Serj Sargsyan: Bizim Mhitaryan və şahmat ustası Levon Aronyan kimi çoxlu məşhur adamlarımız, olimpiya çempionlarımız var. Ancaq bizim Avropaya əla keyfiyyətdə kənd təsərrüfatı məhsulları ixrac etməklə də faydamız dəyə bilər. Ermənistanda informasiya texnologiyaları da sürətlə inkişaf edir. Amma hər şeydən qabaq biz avropalılara mehriban qonşu olarıq.

Serzh Sarkisian Şahmat Akademiyasında, 15 yanvar 2017
Serzh Sarkisian Şahmat Akademiyasında, 15 yanvar 2017

Euronews: Ermənistan öz təhlükəsizliyinin təminatı məsələsində də Rusiyaya arxalanır. Siz NATO-ya alternativ görürsünüzmü?

Serj Sargsyan: Mən NATO-nun Baş katibi ilə təzəliklə görüşmüşəm. Mən onu aramızdakı əməkdaşlığın 25 illiyi münasibətilə Ermənistana dəvət etmişəm. Biz NATO ilə tərəfdaşlıq və Rusiya ilə müttəfiqliyimiz arasında heç bir ziddiyyət görmürük.

Günün bütün mövzuları

XS
SM
MD
LG