Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 03:24

MN: “Ermənistana məxsus PUA zərərsizləşdirilib”


Azərbaycanın Müdafiə Nazirliyi martın 3-də yaydığı açıqlama bu foto ilə müşayiət edilir.

Bu gün, martın 3-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistana məxsus bir pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirdiyini açıqlayıb.

“Günorta saatlarında cəbhənin Ağdam istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatını Hərbi Hava Qüvvələrimizin bölmələri növbəti dəfə zərərsizləşdirib.”, məlumatda vurğulanır.

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə vəziyyətdə mövqe tutublar. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Tərəflər bir-birlərini, bir qayda olaraq, atəşkəs pozuntularında ittiham edirlər.Bəzən insan itkiləri və hərbi texnikanın məhv edilməsi ilə də bağlı qarşılıqlı məlumatlar yayılır.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Buna da bax: Silahlı Qüvvələrə Yardım Fondunda artım

Günün bütün mövzuları

XS
SM
MD
LG