Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:09

Silahlı Qüvvələrə Yardım Fondunda artım


Müdafiə Nazirliyi

2018-ci il martın 1-nə kimi Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləğı açıqlanıb.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Nazirliyin məlumatına görə, Fonda 89 milyon 31 min 572 manat toplanıb. Habelə, ora 213 min 73 ABŞ dolları, 10 min 436 avro və 5 min rubl vəsait köçürülüb.

2017-ci il yanvarın 1-də isə Fondda 79 milyon 212 min AZN, 212 min 373 ABŞ dolları, 5 min 935 avro və 5 min rubl vəsait var idi.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il avqustun 17-də 755 nömrəli fərmanı ilə təsdiq edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG